Azərbaycanda qızmar yay: İstidən necə qorunmalı?

Azərbaycanda qızmar yay: İstidən necə qorunmalı?Azərbaycanda yağışlı-küləkli havalardan sonra temperatur 30 dərəcəni ötüb.

Avropa, Amerika və Asiya ölkələrində isə istilər rekord həddə çatıb.

Bu həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüksək temperaturlara görə xəstəlik və ölüm risklərinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Bəs, görəsən, sərinləməyin sadə yolları nədir?

Britaniyalı alimlər aşağıdakı üsulları məsləhət görürlər.

Paltarınıza su çiləyin

"Mənim üçün qızmar havada bayıra çıxmağın ən sadə üsulu paltarı islatmaqdır", - Cambridge Universitetindən Lisa Jardine-Wright deyir.

Suyun buxarlanması, yəni maye vəziyyətindən qaz vəziyyətinə keçməsi enerji tələb edir. Bu enerjini insan bədəni təmin edir. Nəticədə suyun buxarlanması temperaturun enməsinə gətirib çıxarır. Sərinləmə effekti yaranır.

Əgər siz ventilyatordan istifadə edirsinizsə, o, dərinizin səthindən buxarlanmanı sürətləndirir və siz sərinləyirsiniz.

"Fransada velosiped sürəndə havanın temperaturu 40C dərəcədən yuxarı idi. Mən, sadəcə, maykamı suya salıb çıxardım və bayıra çıxdım. Lakin bu üsul bir qədər ekstremal görünə bilər", - Jardine-Wright deyir.

"Buxarlanma ilə müşayiət edilən istənilən proses bədəninizin temperaturunun aşağı düşməsinə səbəb olacaq".

Əllərinizi soyuq suya salın

Əlləri soyuq suya salmaq sərinlənməyə kömək edir, Portsmouth Universitetindən psixoloq, professor Mike Tipton deyir.

Bədənin temperaturu artanda qan daha çox daxili orqanlardan dərialtı, o cümlədən, əlin içindəki kapillyarlara doğru axır.

"Bu zaman iki əlinizi də suya salsanız, istinin azalmasına kömək edərsiniz", Tipton deyir.

"Bədənin temperaturu normal səviyyəyə düşəndə, qan dövranı da yavaşlayır, qan, sanki soyuyur - insan özünü daha rahat hiss etməyə başlayır".

Ventilyatoru pəncərəyə yaxın işlədin

Pəncərələri bağlı otaqda ventilyatorun işləməsi havanın daha yaxşı dövriyyəsini təmin edir.

Lakin daha effektiv yol onu açıq pəncərənin yaxınlığında yerləşdirməkdir, Jardine-Wright deyir.

Onun sözlərinə görə, bu, bayırdakı havanın içəriyə doğru yönəlməsinə kömək edir.

"Pəncərə açıq olanda ventilyator soyuq havanı bayırdan içəriyə doğru çəkir, pəncərə bağlı olanda isə yalnız daxildəki hava dövriyyə edir".

Üzünüzü sərinlədin

Əgər ventilyatordan istifadə edirsinizsə, ondan gələn havanı üzünüzə doğru yönləndirin, Tipton deyir.

"İnsan üzündə çoxlu reseptorlar var, buna görə də üz sərinləyəndə, rahatlıq effekti yaranır -deyə tədqiqatçı qeyd edir. - Hətta bütövlükdə bədəniniz sərinləməsə belə, sırf üzün sərinlənməsi ümumi sərinlik hissi yaradır".

Eyni zamanda o deyir ki, bir çoxları bəzən bu məsələdə səhvə yol verir. Misal üçün, əl sərinkeşindən o dərəcədə güclə istifadə edirlər ki, nəticədə sərinləmə effekti yaratmaq əvəzinə bədəni daha da istilədirlər.

İlıq duş qəbul edin

Soyuq duş bədənin hərarətinin aşağı salınmasının ən səmərəli yolu kimi görünə bilər.

Lakin soyuq duş altında insan orqanizmi istiliyi saxlamağa çalışır.

"Bədənin temperaturu artanda soyuq duş almaq qan dövranını məhdudlaşdırır və bədəndən istinin çıxmasının qarşısını alır", - Tipton deyir.

Buna görə də duş üçün suyun temperaturu 20C dərəcədənsə, 10C dərəcə ətrafında olsa, daha səmərəli olar.

"Bu səbəbdən suyun temperaturu elə seçilməlidir ki, kifayət qədər sərin olsun, eyni zamanda o, qanın dəri kapillyarlarına yönlənməsi üçün kifayət qədər ilıq olmalıdır".

İstiotlu yeməklər yeyin

İstiotlu yeməklər, nə qədər təəccüblü görünsə də, sərinləməyə kömək edə bilir.

"İstiotlu yeməklər sərinləmə gətirir", - Tipton deyir. Buna səbəb onun tərkibində

tərləməni gücləndirən kapsaitsin maddəsinin olmasıdır.

"Tərləməni gücləndirən istənilən amil son nəticədə sərinləməyə və bədənin hərarətinin enməsinə səbəb olur", - Tipton əlavə edir.

"Tər buxarlandıqca, sərinlik hissi yaranır", - o deyir.

İsti havada günvurma - TƏBİB-dən tövsiyələr

Azərbaycanın Tibbi Ərazi Bölmələrinin İctimai Birliyi (TƏBİB) xəbərdarlıq edib ki, yay mövsümü başlayandan 16 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib, onlardan 13-ü xəstəxanalara aparılıb.

TƏBİB günvurma zamanı ilkin tibbi yardım olaraq aşağıdakıları tövsiyə edib:

• zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq

• zərərçəkənə soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək

• zərərçəkənin başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək

• və ilkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq lazımdır.

Yenisabah.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 795   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr