Azərbaycanda düyünün qiyməti artacaq? - ARAŞDIRMA

Azərbaycanda düyünün qiyməti artacaq? - ARAŞDIRMADünyanın ən böyük düyü tədarükçüsü olan Hindistan basmati istisna olmaqla, bütün növ düyülərin ixracına qadağa qoymağı düşünür. Bloomberg yazır ki, bu, daxili qiymətlərin artması ilə əlaqədardır. Hindistan hakimiyyəti bu yolla inflyasiyanın sürətlənməsi riskindən qaçmaq istəyir. Qadağa Hindistanın düyü ixracının təxminən 80 faizinə təsir edəcək. Hindistanın dünya düyü ticarətindəki payı isə təxminən 40 faizdir. Bu addım Hindistanda qiymətləri aşağı salsa da, dünya bazarında onsuz da yüksək olan qiyməti yenə də arta bilər. Xatırladaq ki, Azərbaycan da düyü idxalının böyük hissəsini Hindistanın hesabına qarşılayır.

Bu halda Hindistanın ixracla bağlı qoyacağı qadağa Azərbaycana ixrac edilən düyünün qiymətinə necə təsir edəcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İqtisadçı Pərviz Heydərov bildirib ki, düyü ilə bağlı qadağanın səbəbi daşınma xərclərinin artmasıdır:

"Hindistan və Pakistanın düyü ixracına məhdudiyyət tətbiq etmək istəməsi hələ keçən ildən müşahidə olunurdu. Bu da bir sıra problemlərlə əlaqədardır. Düyü ixrac edən ölkələrin məhdudiyyətlər tətbiq etməsinə səbəb yanacaq məhsullarının bahalaşmasıdır. Yəni bu, Hindistanda düyü istehsalının azalması, qiymətlərin artması ilə əlaqədar deyil. Dünyada yanacağın qiymətinin qalxması ilə əlaqədar düyünü xammal kimi ölkə daxilində istifadə etmək istəyirlər".

İqtisadçının sözlərinə görə, hökumət yumşaldıcı tədbirlər görməyə məcburdur:

"Daxili tələbatımızı 15 faiz güclə təmin edə bilirik. Qalanını kənardan alırıq. Hindistanla bağlı yaranan vəziyyət onu deməyə əsas verir ki, bazarda qiymətlərin necə inkişaf edəcəyindən asılı olaraq hökumət yəqin ki, Hindistandan ixrac edilən düyü üzrə gömrük rüsumunu ləğv etməyə məcbur olacaq. Çünki idxal etdiyimiz məhsulun 40 faizini Hindistandan alırıq. Ona görə də Hindistanın qoyduğu məhdudiyyətlər istər-istəməz bizim bazara da təsir göstərəcək. Hökumətin yumşaldıcı tədbirlərinə baxmayaraq, əgər bu vəziyyət davam edərsə, daxili bazarda düyünün qiymətləri yüksələcək. Hindistan ixraca məhdudiyyət tətbiq edərsə, bu, sözsüz, idxalımıza da təsir göstərəcək".
P.Heydərovun fikrincə, bu vəziyyətdən çıxış yolu Azərbaycanın öz daxili gücünü artırmasıdır:

"Belə fors-major hallar yarananda təcili çıxış yolları olmur. İstənilən halda bazarımız Hindistan və Pakistandan gələn düyü məhsulları üzrə formalaşıbsa, başqa ölkələrə müraciətimiz vəziyyəti qısa zaman daxilində sığortalayacaq, uzunmüddətli deyil. Uzunmüddətli sığortalanmaq üçün cənub rayonlarımızda və digər ərazilərimizdə istehsalın qayğısına qalmalıyıq. Mütəxəssislər deyir ki, bu ərazilərdə düyü istehsalı, çəltik tədarükünü artırmaq mümkündür. Hətta daxili tələbatımızı 35-40 faizə qədər ödəmək olar. Bu sahədə "Azərbaycanda çəltikçiliyin inkişafına dair" 2018-2025-ci ili əhatə edən dövlət proqramı da mövcuddur. Həmin proqramda ölkə əhalisinin düyüyə olan tələbatının yerli istehsal üzrə ödənilməsi, həmçinin idxalı əvəzləmək nəzərdə tutulur. Proqramın başa çatmasına 2 il qalıb. Amma bu proqramın nə dərəcədə icra olunduğu məlum deyil. Nə qədər ki ixracdan asılı olacağıq, o qədər də belə fors-major halların meydana çıxması nəticəsində daxili bazarda gərginlik yaranacaq".

İqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli isə düşünür ki, daxili bazarda inhisarçılıq meylləri də var. Bu da bahalaşmaya təsir edir:

"Hindistan dünyada düyü təchizatçılarının ən böyüyüdür. Belə bir addım atacaqsa, bu, dünya bazarında düyünün bahalaşmasına gətirib çıxaracaq. Bu qərar həmçinin Azərbaycan bazarına da ciddi şəkildə təsir edəcək. Bu barədə danışmağımız belə düyü qiymətlərini bahalaşdıra bilər".

A.Nəsirli qeyd etdi ki, düyünün bahalaşması ona olan tələbatı azaltsa, idxalımız aşağı düşə bilər:

"Hindistanda tətbiq ediləcək qadağa idxalımızın dəyər baxımından artmasına səbəb olacaq. Tutaq ki, Azərbaycanın illik tələbatı min ton düyü idi. Həmin düyünün qiyməti artacaq deyə, ticarət balansında idxal dəyərimiz də yüksələcək. Amma ölkə daxilində qiymətlərin bahalaşması düyüyə tələbatı azalda bilər. Bu səbəbdən də düyü idxalımızda azalma müşahidə olunacaq".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1519   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema

11 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti 105,7 dollar/barelə düşdü

Neft qiymətləri, əvvəlki gün Yaxın Şərqdən yanacaq tədarükündəki fasilələrlə bağlı narahatlıqların azalması ilə əlaqədar əhəmiyyətli bir düşmədən sonra, cümə axşamı səhəri orta dərəcədə düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,14 dolla

17 sentyabr
.

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlk

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr