Evlərindən bir milyon manat oğurlanan prorektor yüksək vəzifəyə gedir?

Evlərindən bir milyon manat oğurlanan prorektor yüksək vəzifəyə gedir?Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva işdən çıxarılır.

AzFakt.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru G.Əliyevanın daha yüksək vəzifəyə gedəcəyi iddia edilir.

Qeyd edək ki, G.Əliyeva 2005-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və Azərbaycan dili" kafedrasının müdiri, 2012-ci ildən "Tərbiyə işləri üzrə" prorektor, 2015-ci ildən "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektor vəzifəsində çalışır. Gülşən Əliyeva AMEA-nın professoru, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızıdır.

Xatırladaq ki, bir neçə il öncə Aybəniz Əliyevanın evindən bir milyon manat oğurlanmışdı. Xanım alimin evində bir milyon manat olması və evin qulluqçusu tərəfindən bu vəsaitin oğurlanması ölkə mediasında geniş rezonans yaratmışdı. O zaman hadisə ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva mediaya açıqlama verərək alimin evində bir milyon vəsaitin olmağını qeyri-adi hal hesab etməmişdi: "Əgər siz, həqiqətən, jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon Prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim "Sovetski" adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə, əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəlindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində, bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə, anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlər aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə - ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm, yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşvət vermişəm. Elə bir şey mümkün deyil".

Gülşən Əliyevanın yüksək vəzifəyə getməsi xəbərinə ADMİU-dan mövqe öyrənə bilmədik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3526   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr