Məhkəmə sədri təyin olunmaq üçün verilmiş külli miqdarda rüşvət: "Məndən aldığı pulları Ramiz Mehdiyevə verib"

Məhkəmə sədri təyin olunmaq üçün verilmiş külli miqdarda rüşvət: "Məndən aldığı pulları Ramiz Mehdiyevə verib"Keçmiş hakim Həsən Əliyevə qarşı dələduzluq etmiş sabiq prokuror Mirələkbər Seyidovla bağlı maraqlı faktlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində M.Seyidov dostu H.Əliyevdən aldığı 200 min dolları Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə verdiyini deyib.

İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb. H.Əliyev aldadıldığını anlayandan sonra M.Seyidovdan şikayət edib. M.Seyidov isə ona bildirib ki, aldığı pulları Ramiz Mehdiyevə verib və işi o həll edəcək.

H.Əliyev ifadəsində M.Seyidovun rayon prokuroru təyin edilməsinə görə ona inandığını deyib: "Lakin bir müddət sonra o işdən çıxarıldı və barəsində cinayət işi başlanıldı. 2014-cü ildə isə məni sərəncama verdilər və barəmdə cinayət işi açıldı. 2015-ci ilin 1 aprel tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildim və yeddi il həbs cəzası aldım.

Gəncə şəhərində 2 saylı İstintaq Təcridxanasında saxlanıldığım vaxt oğlum Mirələkbərlə yanıma gəldi. Mirələkbər ona kimi məndən aldığı pulun 100 min dollarını geri qaytarmışdı. O, təcridxanaya gəlib mənə səbirli olmağımı, pulumu qaytaracağını, həbsdən azad olunmağıma kömək edəcəyini bildirdi. Lakin hər dəfə bəhanələr gətirirdi. 2020-ci ilin 1 aprel tarixində azadlığa çıxdım. Yenə Mirələkbərlə əlaqə saxlayıb pulumu tələb etdim. Mirələkbər nə mənim pulumu qaytardı, nə də ki, pulu verdiyini dediyi şəxslərdən istəməyə getdi. 2022-ci ilin fevral-mart aylarında 100 000 ABŞ dolları məbləğində pulun geri qaytarılması məqsədilə Mirələkbərlə Nəsimi rayonu ərazisində yerləşən "Koala" parkda görüşdüm. Pulumu tələb edərkən, Mirələkbər məndən aldığı pulları həmin vaxt Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləmiş Ramiz Mehdiyevə verdiyini, hazırda pulları R.Mehdiyevdən ala bilmədiyi üçün qaytara bilmədiyini bildirdi. Həmin vaxt Mirələkbərin dediklərini telefonla qeydə aldım".

Telefonla qeydə alınmış bir sıra danışıqlar cinayət işində sübut kimi qiymətləndirilib. Mirələkbər Seyidovun Həsən Əliyevin oğlu ilə danışığında qarşı tərəfi Ramiz Mehdiyevlə hədələməsi məlum olub: "Gəlib kabinetdə mənə pul verib, danışmışam "200 manat" filankəsə pul vermişəm, sonra geri gəlib deyib ki, yox, mənim imkanım yoxdur. 100 manat da pulunu qaytarmışam. Qoy getsin şikayət eləsin, mənə də yeddi il iş versinlər, Telman Mehdiyevə də, Ramiz Mehdiyevə də ittiham versinlər".

M.Seyidov pulu Moskvada verdiyini bildirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tərəflərin barışması, dəymiş ziyanın ödənilməsi bildirilib və H.Əliyev keçmiş prokurordan şikayətçi olmayıb. Mirələkbər Seyidova sınaq müddəti təyin edilməklə şərti cəza verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3361   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr