Bakıda gecə ilə 60 sot torpaq zəbt olundu - Dövlət qurumları hərəkətə keçdi

Bakıda gecə ilə 60 sot torpaq zəbt olundu - Dövlət qurumları hərəkətə keçdi28 iyul tarixindən 29 iyula keçən gecə Xəzər rayonu, Sabunçu rayonu, Agcəbədi rayonu və digər rayonların sakinləri olan bir qrup Vətən müharibəsi iştirakçısı və bir neçə vətəndaş Xəzər rayonu sakini Hümbətov Vasif Nizami oğlunun rəhbərliyi ilə Suraxanı rayonunun inzibati ərazində yerləşən Hovsan südçülük sovxozu ərazisində, dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı olan 6000 kv.m torpaq sahəsini zəbt edərək hasar tikintisi işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə "Qafqazinfo"ya Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb, zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

"Bildiririk ki, Vətən müharibəsi iştirakçısı olmuş sözügedən vətəndaşlar bundan öncə də bu kimi hallara cəhdlər etsə də, bunun qarşısı alınıb və onlara müvafiq tövsiyə və xəbərdarlıqlar edilib" - açıqlamada qeyd olunur.
Sözügedən məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən lazımi tədbirlər görülməsi üçün Suraxanı RİH tərəfindən müvafiq məktublarla Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı rayon Prokurorluğuna, FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1827   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr