Yeni sənədlər təhsil sahəsində hansı yeniliklərə səbəb olacaq?

Yeni sənədlər təhsil sahəsində hansı yeniliklərə səbəb olacaq?Prezident İlham Əliyev iyulun 24-də təhsillə bağlı sərəncam və fərmanlar imzalayıb. Bu sənədlərə əsasən, təhsil sahəsində hansı yeniliklər, dəyişikliklər olacaq?

"Qafqazinfo" bununla bağlı millət vəkillərinin və təhsil ekspertinin rəyini öyrənib.

Deputat Fatma Yıldırım bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılması mühüm addımdır:

"Elm və təhsil sahəsində bu addımları dəstəkləyirəm. İnanıram ki, bununla elm və təhsil sahəsində getdikcə çox mühüm nailiyyətlər əldə edəcəyik. Belə hesab edirəm ki, agentlik elm və ali təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirməyə xidmət edəcək. Eyni zamanda, innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması nəticəsində elm və təhsilin inteqrasiyası daha da sürətlənəcək.

Agentliyin yaradılması xüsusilə də əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsinə və yeni ixtisasların yaranmasına zəmin yaradacaq.

Elmi və ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin Elm və Təhsil Nazirliyi tərəfindən əlaqələndirilməsi və istiqamətləndirilməsi, eləcə də elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyası elm və təhsilin inkişafında əhəmiyyətli dəyişikliyə səbəb olacaq".

Digər parlamentari Aydın Mirzəzadənin sözlərinə görə, son dövrlərdə məktəbəqədər və ümumi təhsil sahəsində əhəmiyyətli işlər görülməkdədir:

"Tərbiyəçi-müəllimlər və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri imtahanla işə qəbul olunurlar. Ölkəmizdə müxtəlifmiqyaslı idman, bilik yarışları, fənn olimpiadaları və müsabiqələr keçirilir ki, bununla da xüsusi istedada malik təhsilalanlar müəyyən edilir və onların gələcək fəaliyyətləri stimullaşdırılır. Xüsusilə məktəblilərimizin beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlar görülən işlərin nəticəsi olaraq dəyərləndirilə bilər.

Prezidentin imzaladığı sərəncamla yaradılan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sayəsində məktəbəqədər və ümumi təhsil üzrə tənzimləmə və idarəetmə qabaqcıl beynəlxalq təcrübə əsasında daha təkmilləşdiriləcək. Eyni zamanda, bir sıra icra səlahiyyətlərinin agentliyə ötürülməsi müvafiq sahələrdə təhsilin əhatə dairəsinin genişləndirilməsinə və keyfiyyətinin artırılmasına imkan verəcək".

Təhsil eksperti Adil Vəliyev qeyd edib ki, imzalanan mühüm sərəncam, qanun və fərmanlar sayəsində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əskini tapan elm və təhsil sahəsində strateji hədəflərə çatmaq baxımından xeyli irəliləyişlər olacaq:

"Dəyişikliklərdən biri müəllimlərin sertifikatlaşdırılması prosesinə dair idi. Ölkəmizdə artıq ikinci ildir ki, keçirilən sertifikatlaşdırma bu baxımdan mühüm əhəmiyyətə malikdir. Yeni dəyişikliklərə əsasən, müəllimlər 3 il işlədikdən sonra sertifikatlaşdırmadan keçə biləcəklər. Bu müddət əvvəlki qanunvericiliyə əsasən isə, 5 il idi. Əlbəttə ki, bununla da daha çox sayda müəllim sertifikatlaşdırma prosesinin maddi stimullaşma imkanı və karyera inkişafına töhfəsindən yararlana biləcək.

Məktəbəqədər təhsil müəssisələrində işləyənlərin də ilk dəfə olaraq sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələ təhsil qanunvericiliyində öz əksini tapıb. Bu həm də məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına əsaslı təsir edəcək.

Əlavə olaraq, yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllülüyü qəbul edildi. Bu müəllimlər özünüqiymətləndirmək və əməkhaqqı artımından yararlanmaq məqsədilə sertifikatlaşdırmada iştirak edə biləcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1183   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr