"Əminliklə deyə bilərik ki, azərbaycanlıların qanını tökən bütün canilər layiq olduqları cəzanı alacaq" - DEPUTAT

"Əminliklə deyə bilərik ki, azərbaycanlıların qanını tökən bütün canilər layiq olduqları cəzanı alacaq" - DEPUTAT"Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində erməni faşizminin vandallığına məruz qalıb. Xüsusilə, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Bu baxımdan Vaqif Xaçaturyan kimi bir caninin həbs olunması ədalətin bərpası və beynəlxalq hüququn bərqərar olması baxımından olduqca önəmlidir".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş şəxslərdən birinin Laçın dövlət sərhəd-buraxılış məntəqəsində həbs olunması ermənilərə və onların havadarlarına açıq mesajdır. Şübhəsiz ki, Qarabağ ərazisində qanunsuz şəkildə məskunlaşan müharibə caniləri çoxdur. Xaçaturyan onlardan sadəcə biridir. Üçtərəfli bəyanatın müvafiq maddəsinə əsasən onlar Qarabağı çoxdan tərk etməli idilər. Təəssüflər olsun ki, bəyanatdan irəli gələn maddələr hələ də yerinə yetirilməyib. Ermənistan hər zaman olduğu kimi indi də, Xaçaturyan kimi caninin həbsi məsələsi ətrafında siyasi manipulyasiya və oyunlara əl atır. Əlbəttə, bütün bu spekulyasiya və oyunlar Ermənsitanın "blokada" şousunun növbəti mərhələsidir".

Deputat bildirib ki, V.Xaçaturyan və onun dəstəsinin Xocalı rayonun Meşəli kəndində etnik zəmində törətdiyi cinayətlər sadəcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əlehinə törədilmiş vəhşilikdir:

"Təəssüf ki, 90-cı illərdə erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilən qətliam və cinayətlərin heç birinə beynəlxalq hüquqi qiymət verilməyib, cinayətkarlar cəzalandırılmayıb. Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər isə didərgin salınıb. Sözügedən soyqırımı və deportasiya faktları ilə bağlı cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçaturyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib. Xaçaturyanın barəsində 2013-cü ildən beynəlxalq axtarış elan edilmişdi. Bu baxımdan qeyd etməliyik ki, Azərbaycan hökuməti Vaqif Xaçaturyanın istintaqa və gələcəkdə ədalət məhkəməsinin qarşısına çıxarılması istiqamətində müvafiq hüquqi addımlar atmaqla, "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın tələblərini yerinə yetirir.Konvensiyanın tələblərinin yerinə yetirilməsi 44 günlük Vətən müharibəsində olduğu kimi Azərbaycanın növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini təmin etdiyinin göstəricisidir".

Bütün bunların fonunda azərbaycanlılara qarşı cinayət törədənlərin, canilik edənlərin layiq olduğu cəzanı alması ədalətin təmin olunması baxımından olduqca önəmlidir. Ermənistan vandal, cinayətkar, faşist bir dövlətdir və bunun bütün sübutları işğaldan azad olunan ərazilərimizdədir. Şübhəsiz ki, erməni seperatçıları, vandalları törətdikləri bütün cinayətlərə görə cavab verməli olacaqlar. Xaçaturyanın həbs olunması bunun əyani göstəricisidir. Azərbaycanlılara qarşı barbarlıq nümayiş etdirən canilər havadarlarının köməyinə ümid bəsləməməlidirlər. Əminliklə deyə bilərik ki, azərbaycanlıların qanını tökən bütün canilər layiq olduqları cəzanı alacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1358   Tarix: 31 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr