Dərmanları evdə necə saxlamaq lazımdır? - VİDEO
Analitik Ekspertiza Mərkəzi dərmanların ev şəraitində necə və harada saxlanılmalı olduğu ilə bağlı videoçarx təqdim edib.
BAKU.WS xəbər verir ki, çox zaman insanlar dərmanların harada saxlanılması məsələsinə lazımi diqqət yetirmir, yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar. Amma, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.
Məlumatda qeyd edilib ki, dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur:
"Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərədə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır".
Məlumatda həmçinin bildirilib ki, bəzi dərmanların qutusunun üzərində və içlik vərəqələrində saxlama şəraiti 2-8 dərəcə temperatur qeyd olunursa, onların soyuducuda saxlanılması mütləqdir:
"Onları rütubətdən qorumaq üçün soyuducuya yerləşdirməzdən əvvəl qutuya və ya polietilen paketlərə qoymaq lazımdır. Soyuducuda saxlanılan dərmanlarda donma izləri müşahidə olunduqda həmin dərmanlar istifadə olunmamalıdır".
Günəş şuaları dərmanın xüsusiyyətlərini dəhşətli dərəcədə dəyişdirə bilər.
Dərmanları orjinal qablaşdırmada atmaq olmaz. Onları qutudan çıxarıb kağıza bükmək və zibil verdrəsinə atmaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 938 Tarix: 03 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021