"Ölkəmizdə uşaq və gənclərin inkişafına çox həssas yanaşma var"- Ceyhun Məmmədov

"Ölkəmizdə uşaq və gənclərin inkişafına çox həssas yanaşma var"- Ceyhun Məmmədovİstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

"Ölkəmizdə uşaq və gənclərin inkişafına çox həssas, olduqca önəmli bir yanaşma var".

Bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Azərbaycan gəncliyi sağlam böyüyür, Azərbaycanda idmana diqqət kifayət qədər yüksəkdir:

"Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsinə xüsusi diqqət var. Cənab prezidentin rəhbərliyi ilə bu gün uşaq və gənclərin sağlam ruhda böyüməsi üçün davamlı olaraq müxtəlif addımlar atılır. Olimpiya mərkəzlərinin tikilməsi, bu sahədə çalışan insanların əməyinin qiymətləndirilməsi, uğur qazanmış şəxslərin mükafatlandırılması, eyni zamanda davamlı olaraq cənab prezidentin ölkə vətəndaşlarını bu sahəyə təşviq etməsi onu göstərir ki, ölkəmizdə uşaq və gənclərin inkişafına çox həssas, olduqca önəmli bir yanaşma var. Bunun nəticəsində Azərbaycan gəncliyi sağlam böyüyür, Azərbaycanda idmana diqqət kifayət qədər yüksəkdir".

Deputat uşaqlar üçün maarifləndirici kitabların rus dilində Azərbaycan dilindən daha çox olmasına da münasibətini bildirib:
"Mən bu fikirlə razı deyiləm. Son illər Azərbaycan dilində ədəbiyyatın nəşri bir hərəkata çevrilib. Bu fikri illər öncə söyləyə bilərdik ki, Azərbaycanda belə problem var. Hazırkı dövrdə hər gün Azərbaycan dilində bir neçə kitab nəşr olunur. Bu sahədə bir neçə nəşriyyat fəaliyyət göstərir və onlar davamlı olaraq bizim ədəbiyyatın inkişafı üçün kitab nəşr edirlər. Mən düşünmürəm ki, rus dilli kitablar daha çoxdur. Şəhərin mərkəzində kitab mağazalarına baxsaq, görərik ki, Azərbaycan dilində kitablar kifayət qədər çoxdur".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Ölkəmizdə uşaq və gənclərin inkişafına çox həssas yanaşma var"- Ceyhun MəmmədovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1311   Tarix: 03 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr