QHT sədri Müşfiq Əliyevin saxta MEDAL BİZNESİ
QHT cameəsində onu rəhbərlik etdiyi cəmiyyətin möhürünü cibində gəzdirib bir-birinin ardınca saxta medallar təsis edərək daim satmağa adam, idarə, müəssisə, təşkilat sorağında olduğu üçün "Medal Müşfiq" ləqəbi ilə tanıyırlar.
Son vaxtlar bu saxta medalların sırasına "Qayğıkeş" medalı da əlavə olunub. Bu medalın əvvəlkilərdən "prestij fərqi" odur ki, vəd edilir ki, onu yaxasında gəzdirənlərə gələcəkdə hər ay maaş da veriləcək, ona görə bu medalı əldə etməyə tələsmək lazımdır, sonra tapılmaya bilər.
Redaksiyamıza daxil olan məlumatlar bizi də Respublika Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin sədri Müşfiq Əliyev barədə internetdə bir qədər axtarış aparmağa vadar etdi.
Qarşımıza çıxan ilk xəbər Müşfiq Əliyevin jurnalistləri hədələyən açıqlamaları oldu: ""Qayğı" sədri: "Həmin şəxsi tapıb, sürüyəcəyəm"" (https://yenisabah.az/hemin-sexsi-tapib-suruyeceyem-qaygi-sedri).
Heç demə, Müşfiq Əliyevi özündən çıxaran o olub ki, payladığı vizit kartların sosial mediada gülüş obyektinə çevrilməsi barədə müxbirlərdən biri ona sual ünvanlayıb. Vizit kartlarının üstündə Müşfiq Əliyev həm öz e-mailini, həm də e-mailinin parolunu yazıbmış.
"Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam" – bu da Müşfiq Əliyevin özü barəsində qənaətidir.
Respublika Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin youtube kanalına daxil oluruq. Burada gördüklərimizi isə görməyə göz lazım idi.
Minlərlə şəhid ailəsini özündə birləşdirdiyini elan edən 30 illik QHT-nin youtube kanalında ötən onilliklər ərzində cəmi 10 video yerləşdirilib, onların da az qala hamısı Müşfiq Əliyevi tərifi üzərində qurulub, videolardan biri belə də adlanır: "Müşfiq Əliyevə həsr olunan şeir". Şeirdə ona dayanmadan təriflər yağdırılır.
Bütün şəkillərdə də "Medal Müşfiq" elə dayanır ki, medalları yaxşı görünsün. Bu da Respublika Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin facebook səhifəsi. Əlavə şərhə ehtiyac yoxdur:
"Qayğı" cəmiyyətinin facebook səhifəsi də Müşfiq Əliyevin şərəfinə hazırlanmış musiqi klipləri ilə doludur.
Daha bu mövzuda əlavə vaxt itirmək istəmədik. Hər şey aydın oldu. Görünən dağa, nə bələdçi?!
Həqiqətənmi bu cür şəxslərin baş tacımız olan şəhidlərimizin adlarını dillərinə gətirməyə, şəhid ailələrinin yanında dayanmağa mənəvi haqqı var?
"Respublika Şəhid Ailələrinə "Qayğı" Cəmiyyəti" adlanan təşkilatın sədri bu QHT-ni şəxsi biznes, şəxsi PR obyektinə çevirməyə heçmi utanmadı? Heçmi özündən minlərlə şəhid balalarımızın ruhu qarşısında xəcalət çəkmədi?/Demokrat.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2706 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
7 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabr