Evini yoxlayan məmurun başına butulka vuran fəhlə ilə bağlı QƏRAR

Evini yoxlayan məmurun başına butulka vuran fəhlə ilə bağlı QƏRARAli Məhkəmədə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Elməddin Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Nəsimi Rayon Məhkəməsinin 6 iyul 2021-ci il tarixli qərarı əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Əməliyyat İdarəsinin Axtarış müəyyənetmə və məcburi gətirmə şöbəsinin 1-ci bölməsinin böyük əməliyyat müvəkkili Fərid Rəsulov və həmin şöbənin 2-ci bölməsinin böyük əməliyyat müvəkkili tərəfindən 27 iyul 2021-ci ildə saat 12 radələrində Elməddin Mirzəyevin yaşadığı paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, ev 68A-da olan fərdi yaşayış evinə saxta aksiz markaları və spirt məhsullarının saxlanıb-saxlanmamasının aşkar edilməsi üçün baxış keçirilib. Həmin vaxt təqsirləndirilən şəxs Dövlət Vergi Xidmətinin əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək ona məxsus otağa daxil olmasına imkan verməyib.

Elməddin həyətə düşərək orada olan içki şüşələrindən birini götürüb yaşayış evindən çıxan Fərid Rəsulovun arxa tərəfindən yaxınlaşıb. Daha sonra o, Fərid Rəsulova xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq edərək müqavimət göstərib, şüşəni onun başına vurub. Bu zaman Fərid Rəsulov sağ təpə nahiyəsinin və sol qulaq seyvanının səthi kəsilmiş yaraları xəsarəti alıb. Həmin vaxt zərərçəkmiş şəxs zərbənin təsirindən evin qarşısında olan pilləkənlərdən aşağı yıxılaraq, sol dirsək oynağı nahiyəsinin, sol əlin barmaqlarının, bel nahiyəsinin sıyrıqları, sol bazunun qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən saxlanılan təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Elməddin Mirzəyevə şərti cəza verilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Məhkəmənin hökmündən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. O, məhkəmənin 13 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 315-cü maddəsi ilə ən yüksək həddə cəza təyin olunmasını xahiş edib.

Qeyd edək ki, Elməddin Mirzəyev Nəsimi rayonu 65 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1410   Tarix: 04 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr