"Abituriyentlər ixtisas seçərkən öz qəlblərinin səsini dinləməlidirlər"- Təhsil eksperti

"Abituriyentlər ixtisas seçərkən öz qəlblərinin səsini dinləməlidirlər"- Təhsil eksperti"Abituriyentlər ixtisas seçərkən əsas öz qəlblərinin səsini dinləməlidirlər. Öz xarakterləri, qabiliyyətləri, bilik və bacarıqlarına ekvivalent bir ixtisas seçməlidirlər".

Bu sözləri təhsil eksperti Elçin Süleymanlı Sonxeber.az-a bildirib.

O qeyd edib ki, valideyn və ətraf mühit təsiri onların gələcək karyerası üçün müsbət effekt verməyə bilər:

"Abituriyentlər ixtisas seçərkən əsas öz qəlblərinin səsini dinləməlidirlər. Burda valideyn və ətraf mühit təsiri onların gələcək karyerası üçün müsbət effekt verməyə bilər. Öz xarakterləri, qabiliyyətləri, bilik və bacarıqlarına ekvivalent bir ixtisas seçməlidirlər. İki faktor əhəmiyyətlidir. Birincisi, DİM tərəfindən aldıqları imtahanı balı və ikincisi xarakter, fizioloji qabiliyyət. Çünki bəzən çox yüksək bal toplayan biri spesifik sahədə, məsələn, tibdə yaxşı mütəxəssis olmaya bilir. İlk öncə sahəni sevməlidir, ikicisi analitik düşüncə, qabiliyyət olmalıdır. Abituriyent kəşf etməlidir ki, hansı sahədə özünü daha xoşbəxt hiss edirsə, onu seçməlidir. İkinci məsələ "bu ixtisası ən yaxşı harada əldə edə bilər?" deyə müəyyənləşdirməlidir. Müəyyən ixtisaslar var ki, Azərbaycanda təhsil verən yerlər var və xaricə ehtiyac olmaya bilir. Amma elə ixtisaslar var ki, universitetlərimizdə infrastruktur, maddi-texniki baza müəyyən qədər çətinlik yaradır. Məsələn, gen mühəndisliyi, nanotexnologiyada universitetlərimizin maddi- texniki bazası, laboratoriyası dünyanın inkişaf etmiş universitetləri ilə rəqabətdə ayaqlaşmaya bilər. Üçüncüsü, ixtisasın gələcək perspektividir. Son illər müşahidə edirik ki, dəqiq elmlər, kompüter, texnologiya, kibertəhlükəsizlik üzrə mütəxəssislərə kifayət qədər ehtiyac var. Ekologiya, kənd təsərrüfatı, dron mühəndisliyi, marketinq,dizayn, dijital media, maliyyə, mühasibatlıq sahələrinə , xüsusilə iki və üç ixtisasın inteqrasiyasından formalaşan ixtisaslar tələb görə bilər. Əsrimiz informasiya əsridir. Kompüter proqramlaşdırma, kibertəhlükəsİzlik son illərdə sünki zəka ilə əlaqədar ixtisaslar əhəmiyyətlidir. Bakalavr ümumi təhsildir ve gələcək magistratura təhsilini istiqamətləndirir. Həm universitetdə, həm sertifikatlandırma proqramı üzrə özlərini inkişaf etdirməlidilər. İxtisasla bərabər kompüter və xarici dil də vacibdir. Bunları inkişaf etdirən universitet seçilməsi faydalı olar".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1701   Tarix: 04 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr