Zəlzələnin pambıq ixracına vurduğu zərər - ARAŞDIRMA

Zəlzələnin pambıq ixracına vurduğu zərər - ARAŞDIRMAAzərbaycanın pambıq ixracı iki dəfədən çox azalıb. Bu ilin yanvar-may aylarında 68 milyon 874 min ABŞ dolları dəyərində pambıq ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, illik müqayisədə 2,2 dəfə azdır. "Ağ qızıl"ın istehsalı isə keçən il 2021-ci illə müqayisədə artıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2022-ci il mövsümündə sahələrdən 322 300 ton pambıq yığılıb. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.

Görünən odur ki, istehsal çox, ixrac azdır. Bəs səbəb nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə xam pambığın alış qiyməti iki dəfə artırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla artırılıb. 2021-ci ildə 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, 2022-ci il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilib. Fermerlər deyir ki, ötən ilin iyunundan dünya bazarında pambığın qiyməti ucuzlaşdığı üçün tədarükçü şirkətlər məhsulu satmır, bazardakı qiymətin artmasını gözləyirlər. Bəs mütəxəssislər nə deyir?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, 2023-ci ilin yanvar-iyun ayları ərzində pambıq ixracı 49,8% azalaraq 68,7 milyon ABŞ dolları təşkil edib. Əsas səbəb isə Türkiyəyə ixracın azalmasıdır:

"Azərbaycan pambığının mühüm hissəsi Türkiyəyə ixrac edilir. Türkiyədə iplik istehsalı ilə məşğul olan Kahramanmaraş zonasında müəssisələrin zəlzələ ilə əlaqədar dağılması pambıq ixracının azalmasına səbəb olub. Həmçinin, zəlzələ nəticəsində əmək qüvvəsində də ciddi problem yaranıb. Əmək qüvvəsinin bir hissəsinin vəfat etməsi, digərlərinin isə başqa şəhər və rayonlara köç etməsi işçi balansının pozulması ilə nəticələnib".

Qurum rəsmisi vurğulayır ki, Türkiyənin özü də pambıq sektoruna investisiya qoyub. Yerli pambığın qiyməti məzənnə faktoruna görə, idxal edilən pambıq qiymətlərindən ucuz olduğu üçün sonuncuya tələbat aşağı düşüb:

"Məzənnənin sabit olmaması və idxal olunan pambığı bahalaşdırması yerli sahibkarların satışına mənfi təsir göstərib. Bundan əlavə, inflyasiya faktoru ilə əlaqədar kredit faizlərinin yüksək olması da dağılmış müəssisələrin yenidən qurulmasını ləngidir. Baha faiz dərəcələri sahibkarlar üçün əlçatan olmadığı üçün onlar gözləmə mövqeyində dayanıblar. Buna baxmayaraq, alternativ bazarların axtarışı davam edir. Hazırda yerli sahibkarlar Banqladeş və Çin bazarı ilə maraqlanırlar".

İqtisadçı ekspert Elmir Səfərli isə pambığın ixracının azalmasını üç səbəbə bağlayır. Birinci səbəb, dünyada pambıqla bağlı bir çox standartların və sertifikatların tələb olunmasıdır:

"Dünyada pambığa tələbat həddindən artıq böyükdür. Çünki inkişaf etmiş ölkələrdə sintetik parçalardan istifadəyə qadağa qoyulub. Bu da pambıqdan istifadəni artırıb. Təbii ki, bu tələbat da pambıqla bağlı bir çox standartlar və eyni zamanda sertifikatlar tələb edir. İxrac etdiyimiz pambığın həmin keyfiyyət standartlarına nə qədər uyğun olub-olması müzakirə olunmalıdır. Əgər pambığın ixracını artırmaq istəyiriksə, birmənalı olaraq, tələb olunan sertifikatlar və keyfiyyət standartlarına riayət etməliyik".

Mütəxəssisin sözlərinə görə, ikinci səbəb dünyada pambıq ipliyinə olan tələbatın azalmasıdır:

"Pambıq ipliyinə tələbat azalıb, lifə (mahlıc) isə artıb. Pambıq ipliyi keçən il ərzində 75 faiz Türkiyəyə, 20 faiz civarında Rusiyaya, pambıq lifi isə 90 faiz Türkiyəyə, geri qalanı isə İrana və digər ölkələrə ixrac olunurdu. Bu il ərzində dünya bazarlarında pambığın qiyməti düşüb. Bu da ixraca müəyyən təsir göstərir".

Elmir Səfərli vurğulayır ki, ixracın azalmasının üçüncü səbəbi daxili bazarda pambığa olan tələbatın artmasıdır:

"Ölkədə yerli tekstil şirkətlərinin sayı artır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı verilən tapşırıqlara əsasən, sahibkarlar daha çox yerli tekstil firmalarının açılması, eyni zamanda, tekstil məhsullarının yerli səviyyədə istehsalının təmin olunması məqsədilə müəyyən işlər görürlər. Bu isə, pambıq ipliyinə olan tələbatın daxildə müəyyən qədər artmasına gətirib çıxarır".

Qeyd edək ki, ölkəmizdə "ağ qızıl" adlandırılan pambıq dünyada ən önəmli məhsullardan sayılır. Təsadüfi deyil ki, Misir, Özbəkistan və Meksika pambığı dünya bazarlarında hazırda qızıla bərabər əmtəələrdir. İqtisadçı bildirir ki, Azərbaycan da bu ölkələr sırasında yer ala biləcək səviyyədədir. Biz pambıq istehsalımızı müəyyən qədər artıraraq, ixracda tələb edilən keyfiyyət standartları, sertifikatları və digər müəyyən tələbləri də yerinə yetirməklə ixracımızı artıra bilərik.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1657   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr