Qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyası icbarı sığortayla olacaq
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə qaraciyər və böyrək transplantasiyasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də daxil edilib.
Bu, Baş nazir Əli Əsədovun "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə dəyişiklik edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.
Bu təminat qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil edilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.
Transplantasiya xidmətlərinin göstərilməsi "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 959 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Binəqədidə mebel sexi bağlandı - Video
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında mebel sexində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki,. - obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;. - elektrik təsərrüfat
15 aprelAzərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub. "Unikal"a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliye
16 aprelİcra başçısı onu işdən çıxardı (FOTO)
Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi vəzifəsindən azad edilib. -ın məlumatına görə, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq əmri imzalayıb. Əmrə əsasən, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini - Müharibə iştirakçılar
17 aprelDünən Bakıda nadir təbiət hadisəsi yaşanıb
Abşeron yarımadasında, o cümlədən Bakıda dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur. Bunu -ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O deyib ki, dolu qısamüddətli və lokal xarakter daşıyan v
15 aprelQəbiristanlıqda meyiti tapılan qazi tələbə imiş
Bir neçə gün əvvəl Sumqayıt şəhərindəki qəbiristanlıqda vəfat edən 1998-ci il təvəllüdlü Ülvi Əlisəfa oğlu Xasayzadə tələbə olub. "Qafqazinfo" xəbər verir ki, o, UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin II kursunda təhsil alırmış. Vətən müharibəsi iştirakçısı olan Ü.Xasayzadə Cəbrayılın, Füzulini
15 aprelBakıda ağacları kim kəsib? - Video-Fotolar-Yenilənib
Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib. "Qafqazinfo" AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşları
17 aprel19 illik müəllim video çəkib üsyan etdi - VİDEO
Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra sosial mediada yayılan video təhsil mühitindəki narahatlığı bir daha gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, videoda çıxış edən 19 illik ibtidai sinif müəllimi belə bir dövrü peşə fəaliyyəti ərzində ilk dəfə yaşadığın
16 aprel18 yaşlı qız əlil arabasında olduğu üçün getdiyi məkana buraxılmadı
Mançester şəhərində baş verən hadisə əlilliyi olan şəxslərin ictimai məkanlara çıxışı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Maddie Haining dostları ilə birlikdə "Canal Street"də "Club Tropicana" adlı məkana daxil olduqda
15 aprel