"Əgər təxribatlar davam edərsə Qarabağda yenidən anti-terror əməliyyatları başlaya bilər" - DEPUTAT

"Əgər təxribatlar davam edərsə Qarabağda yenidən anti-terror əməliyyatları başlaya bilər" - DEPUTATXəbər verdiyimiz kimi avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Maəmmədov bildirib ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır:

"Təəssüf ki, Ermənistan bu günə qədər 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi icra etmir. Üçtərəfli bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçməsində baxmayaraq hələ qanunsuz silahlı erməni birləşmələri Qarabağdadır və təxribatlarına davam edirlər. Bütün təxribatlar bir daha sübut edir ki, Ermənistan rəhbərliyi düşmənçilik niyyətindən və təxribatçı addımlarından əl çəkmək istəmir. Azərbaycan-Ermənistan dövlət sərhədində erməni terrorçuları növbəti dəfə təxribat törədib. Belə ki, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Ordumuzun peşəkarlığı nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib. Ermənistan təxribatları ilə dünyaya hələ də münaqişənin davam etdiyini göstərməyə çalışır. Ordumuz erməni siyasətinə çox yaxşı bələd olduğu üçün hər zaman ayıq-sayıqdır. Ermənistan və onun havadarları bilməlidir ki, artıq Azərbaycan dövlətinin səbri tükənməkdədir".

Deputat vurğulayıb ki, təxribatlar davam edərsə Ermənistana istər güc, istərsə də siyasi diplomatik baxımdan layiqli cavab veriləcək:

"Qaldı ki, Qarabağda anti-terror əməliyyatının yenidən başlanmasına. Əgər təxribatlar davam edərsə Azərbaycan Qarabağda yenidən anti-terror əməliyyatlar başlaya bilər. Yaxşı olar ki, Nikol Paşinyan ölkəsini məhvə aparan təxribatlarına son qoyaraq, Azərbaycanın diqtəsi ilə hazırlanan sülh müqaviləsini imzalasın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6873   Tarix: 16 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr