Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb
Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur ediliblər.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 16 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. -a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralı
24 fevralDəniz kənarında zəhərlənmişdi - 3 gün sonra xəstəxanada öldü
Fevralın 20-də Sumqayıtda dəniz kənarında kimyəvi məhluldan zəhərlənən şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 37 yaşlı Natiq Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılı
24 fevralQar, 10° şaxta... - Sabahın havası
Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimal
25 fevralMetroda problem - Qatarlar gecikir
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər-Sahil" mənzilində qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb. xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığında
24 fevralMilli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarında dəyişiklik layihəsi daxil olmaqla ümumilikdə, 10 məsələ var. İclasa spiker Sahibə Qafarov
24 fevral