Bakıda ərinin qətlini sifariş etməkdə təqsirləndirilən 23 yaşlı qadının FOTOSU - TƏFƏRRÜAT

Bakıda ərinin qətlini sifariş etməkdə təqsirləndirilən 23 yaşlı qadının FOTOSU - TƏFƏRRÜATBakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törədən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əzizə Seyidovanın vəkili cinayət işinin istintaqa qaytarılmasını istəyib.
"İbtidai istintaqda Əzizənin hüquqları kobud şəkildə pozulub. Müstəntiq heç bir faktı araşdırmadan ittiham verib. Ona görə də iş yenidən araşdırılmalıdır".

Hakim bildirib ki, ibtidai istintaqın araşdırılmasına baxmayaraq məhkəmə işi tam obyektiv aparacaq.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etməsinə görə öldürmək istəyib. O, bu məqsədlə siçan dərmanı alaraq Əli Seyidlinin yeməyinə qatmaq istəyib. Daha sonra, Əzizə bu fikrindən daşınaraq onu qətlə yetirmək qərarına gəlib.

Bu məqsədlə Əzizə Seyidli tanışı Mehdi Məmmədliyə ərinin ölümünü sifariş verib. 2022-ci ildən etibarən Əzizə Seyidli Mehdi Məmmədli ilə "Instagram" vasitəsilə mütəmadi danışıb, onun evə gəlib-getmə vaxtlarını deyib. 15 mart 2023-cü ildə o Mehdi Məmmədli ilə danışıb və onun həmin gün öldürülməsini tapşırıb. M.Məmmədli də sifarişə uyğun olaraq dostları ilə birlikdə gecə saat 00:00 radələrində Əli Seyidlinin yaşadığı ünvana gələrək gözləyiblər. Əli Seyidli evinə daxil olarkən M.Məmmədli və dostları onun qarşısını kəsərək çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

İttihama münasibət bildirən Əzizə Seyidova özünü təqsirli bilməyib.

Digər təqsirləndirilən Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev özlərini qismən təqsirli bilib.

Prosesdə sərbəst ifadə verən Mehdi Məmmədli bildirib ki, Əzizə Seyidova ilə onun qonşuluğundakı qadına görə tanıyıb:

"Daha sonra mən Əzizənin əmisi qızı Leyla ilə ailə həyatı qurdum. Leyla mənə Əzizə haqqında danışmışdı. Həmişə mənə Əzizənin yoldaşının ona əziyyət verməsi barədə danışırdı. Leyla ilə iki ay münasibətimiz oldu. Sonra ayrıldıq, amma dostluq münasibətimiz qalmışdı.

Bir müddət keçdi, 2022-ci ilin dekabrın 30-u Əzizə Seyidli mən işdə olan vaxtı zəng etdi. Dedi ki, mən uşağımla evdən qaçmışam, gəl götür. Mən də işdə olduğum üçün dedim taksi ilə verdiyim ünvana gəl. İşdən çıxıb getdim Əzizənin yanına. Əzizə dedi ki, oteldə qalmaq istəyirəm. Mən məsləhət gördüm ki, rəfiqəsigildə qalsın. Rəfiqəsi ilə görüşdük sonra bunları evə aparanda uşaq ac olduğu üçün dedi ki, "Mc Donaldcdan" uşağa yemək almalıyam. Əzizə və uşağı obyektə girsə də, çıxmadı".

Onun sözlərinə görə, Əlini öldürmək fikri yox idi:

"Bu vaxt mənə bir nömrədən zəng gəldi. Əli Seyidli idi. Dedi ki, sənin maşında paltarlar qalıb. Gəldi çantaları götürəndə məni təhqir elədi. Maşından çantaları küçəyə atıb çıxıb getdim, dedim ki səninlə görüşərik. Gəldim evə hadisəni Bəxtiyara danışdım. Hadisə olan günə qədər mən Əlini görməmişəm. Mart ayının 15-də Bəxtiyar, Elvin və mən maşında gedəndə Əli Seyidli ilə maşınla üzbəüz gəldik. Mən uşaqlarla birlikdə gəldim Əlinin qapısında gözlədik. Əli gəldi qapıya çatanda onu çağırdım. Əli mənə çatan kimi mənim əlimə 2 bıçaq vurdu. Sonra uşaqlar tökülüşdülər Əlini vurduq. Mənim Əlini öldürmək fikrim yox idi".

Mehdi Məmmədli prokurorun suallarını cavablandırıb.

İttihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda baş verib.

Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7698   Tarix: 16 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr