Baş Prokurorluq və DGK-dan birgə ƏMƏLİYYAT: Vəzifəli şəxslər rüşvət alarkən yaxalandılar
Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.
DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və "ƏR TRANSPORT" MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.
Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Noyabrın 9-u bu yollar BAĞLANACAQ