Hakim və prorektorun adından dələduzluq etdi: Cəza verilmədi

Hakim və prorektorun adından dələduzluq etdi: Cəza verilmədiDələduzluqda və rüşvətə təhrik etməkdə ittiham olunan 42 yaşlı Ülviyyə Abasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq cinayət işinə xitam verilib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun, Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyevin adından istifadə etməklə iki nəfərin 3700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Ü.Abasova zərərçəkmişlərdən birinə özünün hakim Z.Şirinovun tanışı olması barədə yalan məlumat verib, onunla bağlı həmin məhkəmənin icraatında olan mülki işin həllinə kömək edəcəyini deyib. O, işin həll edilməsi üçün Z.Şirinova 1700 manat pul çatmalı olduğunu deyib. Zərərçəkmiş həmin məbləği ödəmə terminalı vasitəsilə təqsirləndirilən şəxsə çatdırıb.

Digər zərərçəkmiş isə yeniyetmə oğlunun Memarıq və İnşaat Universitetinə qəbul olunması üçün təqsirləndirilən iki min manat verib. Zərərçəkmiş ifadəsində deyib ki, Ülviyyəni hüquqşünas kimi tanıyıb, oğlunun qabiliyyət imtahanından keçməsinə kömək etmək məqsədilə ona pul verib.

Ü.Abasova universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru O.Naqdiyevlə münasibətinin olduğunu bildirərək, işin həll ediləcəyinə söz verib.

O.Naqdiyev özü də məhkəmədə ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını deyib.

Hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti əvvəllər dəfələrlə dələduzluğa görə məhkum edilmiş Ü.Abasovanı bu dəfə cəzalandırmayıb.

Dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslərin şikayətlərinin olmaması onun işini yüngülləşdirib. Verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi xaric edilib, 178.2.2-ci (təkrar dələduzluq) maddəsi üzrə isə cinayət təqibinə xitam verilib. Ü.Abasova barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1518   Tarix: 16 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr