"Barbi" "Warner Bros."ın ABŞ-dəki ən gəlirli filmi olub
Marqo Robbi və Rayan Qoslinqin baş rollarda çəkildiyi Qreta Qerviqin "Barbi" (Barbie) filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib.
"Report" xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Beləliklə, "Barbi" "Warner Bros." studiyasının ABŞ daxilində ən çox gəlir gətirən lenti olub. Film gəlirə görə "Qara cəngavər" dramını ötüb. Belə ki, Kristofer Nolanın filmi 2008-ci ildə 536 milyon dollar gəlir əldə edib.
Avqustun 14-də bəlli olub ki, "Barbi" filminin prodüserləri rekord gəlirdən sonra filmin mümkün davamını çəkiliş qrupu ilə müzakirə etməyə başlayıblar.
Xatırladaq ki, "Barbi" filminin premyerası iyulun 19-da olub. Təkcə ilk həftəsonunda lentin gəlirləri 356 milyon dollar təşkil edib. Məşhur kuklanın kuklalar ölkəsindən qaçmasından bəhs edən film artıq "Qalaktika keşikçiləri" və "Super Mario qardaşları filmi" kimi kinolentləri geridə qoyaraq 2023-cü ilin ən yüksək gəlirli filmi olmağı bacarıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1288 Tarix: 17 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr
Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni
11 avqustUşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın
11 avqustLatviya Belarusla sərhədin altında tunel aşkar edib
Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd
11 avqustFransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı
Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə
10 avqustYnet: "İsrail Hizbullahın pul damarlarını kəsir - "səssiz müharibə" güclənir
İsrail və ABŞ son aylarda Hizbullahın yalnız hərbi imkanlarına deyil, təşkilatın maliyyə sisteminə də zərbə vurmağa çalışır. Bank filiallarına, valyutadəyişmə məntəqələrinə və gəlir gətirən obyektlərə qarşı həyata keçirilən tədbirlər, Livan hökumətinin maliyyə sisteminə nəzarəti sərtləşdirməsi və İranda
10 avqust