GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişiklikləri fonunda büdcə siyasətinin vətəndaşların real gəlirlərinə necə təsir edəcəyi də maraq doğurur. Qarşıdakı ildə dövlət xərclərində hansı sahələrə üstünlük veriləcəyi və bunun əhalinin gündəlik həyatında hansı dəyişikliklər yaradacağı müzakirə olunur.
2027-ci ilin dövlət büdcəsində sosial xərclərin və əhalinin gəlirlərinin artırılması üçün hansı imkanlar nəzərdə tutula bilər? Büdcə xərclərində hansı istiqamətlərə üstünlük verilməsi vətəndaşların sosial-iqtisadi vəziyyətinə daha çox təsir göstərə bilər?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin ilkin parametrləri Maliyyə Nazirliyi tərəfindən təqdim olunub və hökumətdə müzakirələr başa çatmaq üzrədir.
Onun sözlərinə görə, büdcə layihəsinin oktyabrın ikinci yarısında Milli Məclisə təqdim olunması gözlənilir. Bu isə büdcə müzakirələrinin parlamentdə başlaması deməkdir: "2027-ci ilin dövlət büdcəsinin həm gəlir, həm də xərclərində artım nəzərdə tutulur. Belə ki, dövlət büdcəsi xərclərinin 42,4 milyard manat olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə təxminən 800 milyon manat çoxdur. Eyni zamanda, büdcə gəlirlərinin 39 milyard manata yaxın olacaq. Gəlirlərlə bağlı əsas məqamlardan biri qeyri-neft sektorunun payının 60 faizdən çox olmasıdır. Belə ki, gəlirlərin təxminən 61 faizinin qeyri-neft sektorunun hesabına formalaşacağı gözlənilir".
Deputat qeyd edib ki, sosial istiqamətə ayrılan vəsaitlərin həcmində də artım nəzərdə tutulur: "Növbəti il sosial xərclərə təxminən 17 milyard manatdan çox vəsait ayrılması gözlənilir ki, bu da büdcə xərclərinin 42 faizindən çoxunu təşkil edəcək.
Gələn ilin əvvəlindən əmək pensiyası alan vətəndaşların pensiyaları indeksləşdirilərək artırılacaq. Bu artımın bütün əmək pensiyası alan vətəndaşlara şamil olunacağı gözlənilir. İndeksləşdirmənin diferensial qaydada tətbiqi də nəzərdə tutulur. Belə ki, nisbətən aşağı pensiya alan vətəndaşların pensiyalarında daha yüksək artımın olması gözlənilir".
V.Bayramov minimum əməkhaqqının artırılması ehtimalına da diqqət çəkib: "Əmək Məcəlləsinə edilmiş dəyişikliklər 2026-cı ilin fevralında təsdiqlənib və həmin dəyişikliklərə əsasən, minimum əməkhaqqının ildə bir dəfə artırılması nəzərdə tutulub. Pensiyaların və potensial əməkhaqqı artımlarının maliyyələşdirilməsi də dövlətin sosial xərcləri çərçivəsində həyata keçiriləcək. Bu baxımdan, növbəti il bütövlükdə dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR