Dönər həvəskarlarına PİS XƏBƏR

Dönər həvəskarlarına PİS XƏBƏRSon dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır.

Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sual yaradır. Çünki toyuq əti adətən daha əlçatan və nisbətən ucuz alternativ hesab olunur.

Deputat Razi Nurullayev Modern.az-a deyib ki, mal əti bahalaşdıqda toyuğa tələbin artması mümkündür, amma bu, 25 faizlik artımı öz-özünə izah etmir. Deputat bildirib ki, burada əsas məsələ qiymətin hansı mərhələdə yüksəldiyini müəyyən etməkdir. Əgər istehsal xərcləri ciddi dəyişməyibsə, o zaman topdansatış, təchizat və pərakəndə satış zəncirinə baxmaq lazımdır.

Bəs bu nə ilə izah edilir? Toyuq əti niyə bahalaşır?

İqtisadçılar artımın səbəbləri sırasında quşçuluqda istifadə olunan yemin idxal qiymətlərinin yüksəlməsini də qeyd edirlər.

"Bakupost" xəbər verir ki, istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib:

"Toyuq ətinin bahalaşması, mağazalar şəbəkəsində toyuq budunun, filesinin tapılmaması və ya azalması ilə bağlı hər gün istehlakçılardan telefon zəngləri alıram. Ölkənin müxtəlif yerlərindən mənə zəng edən istehlakçılar bunun səbəbləri ilə bağlı da məlumat verirlər.

Mənə daxil olan zənglərin və ictimai rəyin nəticəsi olaraq belə bir fikir formalaşıb ki, yay aylarında Azərbaycanda broyler fabriklərində toyuqlarda ciddi xəstəliklər olub və quşlar lazımi çəkiyə çatmadan tələf olub. Bunun nəticəsində toyuq ətində və onun əlavə məhsullarında defisit yaranıb. Bildirilir ki, toyuqlar 700 qramdan artıq çəkiyə qədər böyüyə bilməyib. Nəticədə bud, budaltı və döş əti kimi məhsullar da lazımi səviyyədə olmayıb.

Mən düşünürəm ki, ictimai rəydə olan bu məlumat doğrudur. İstehlakçılar eyni zamanda təəccüblərini də ifadə edirlər ki, quş xəstəliklərinin köçəri quşlarla yayılması ehtimalı olduğu halda, Azərbaycanda broyler fabrikləri niyə dənizə yaxın ərazilərdə salınır.

Mən deputatın fikri ilə də razıyam ki, mal və qoyun ətinin bahalaşması təbii olaraq toyuq ətinə tələbatı artırır və bu da defisitə səbəb ola bilər".

Ekspert qeyd edib ki, bütün bu amillər qida zəncirinin müxtəlif mərhələlərində özünü göstərir: "Restoranlarda, dönərxanalarda və digər sahələrdə də bunun təsirini görmək mümkündür. İctimai rəydə belə bir fikir də var ki, digər ölkələrdə də quş xəstəlikləri səbəbindən toyuq ətində defisit yaranıb.

Onu da qeyd edim ki, əhalinin əsas tələbatı bütöv toyuğa deyil, əsasən file, bud və digər hissələrədir. Lakin quşçuluq fabrikləri bu hissələri ayırıb ayrıca satmaqda çox da maraqlı deyillər. Onlar toyuğu bütöv şəkildə satmağa üstünlük verirlər.

Mən istehlakçılara da təəccüblənirəm ki, əgər file və ya budaltı yemək istəyirsinizsə, toyuğu bütöv alın, həmin hissələri özünüz ayırın. Çünki istehsal müəssisələri üçün bu hissələrin ayrılması əlavə 20-25 faiz xərc yaradır. Buna görə də istehsal müəssisələri bu məhsulları ayrıca buraxmaqda çox da maraqlı deyillər və bu amil də bazara təsir göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2062   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"

Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. O bildiri

20 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb, şimal-qərb küləyi, gündü

19 noyabr
.

Azərbaycanda da trend olan məhsulda kif-maya göbələkləri aşkarlandı

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Pannamore" MMC-nin İspaniyada

19 noyabr
.

Bu bölgəmizdə doğum səviyyəsi yüksəkdir

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 9,4-də

20 noyabr
.

Uşağın təhsil bünövrəsini ali təhsili olmayan müəllimlər qoyur - Tədrisin keyfiyyəti necədir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İbtidai sinif müəllimlərinin böyük bir qisminin ali təhsilli olmadığı məlum olub. Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 18-də Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin əhəmiyyətli hissəs

20 noyabr
.

Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəz

19 noyabr
.

Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa

20 noyabr
.

Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video

"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya d

20 noyabr
.

9-cu sinif şagirdinin meyiti tapıldı

Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Qey

21 noyabr