"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd

"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd"Qulaq gündə bir söz eşitməsə kar olar",- deyib ata-babalarımız. Elə bizim qulaqlarımız da "İlin Dörd Fəsli" (İDF) tikinti şirkəti haqqında gündə bir söz eşitməyə öyrəşib. Təəssüf ki, hər dəfə də bu "söz" hansısa qanunun pozulması ilə bağlı olur.

AMİA.AZ "Yeni Baki Yaşayış Kompleksi" facebook profilində yayılan müraciətə istinadən sizlərə 2 sənəd (bir qəbz və bir müqavilə də daxil olmaqla 4 sənəd) təqdim edəcəyik. Söhbət İDF-nin Masazırda inşa etdiyi "Yeni Bakı" yaşayış kompleksinin sakinlərinə təqdim etdiyi maliyyə arayışlarından, kassa mədaxil orderinin qəbzindən və mənzil tikintisi haqqında müqavilədən gedir.
Birinci arayış 2018-ci ildə "İlin Dörd Fəsli" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Elnur Hüseynovun adından təqdim olunub. Arayışdan aydın şəkildə görünür ki, İDF tikinti şirkəti məhz MMC formasında təsis olunub və sakinə verdiyi arayış da İDF MMC adından tərtib edilib. Hətta 2009-cu ildən bəri həmin yaşayış kompleksində satılmış mənzillərə görə sakinlərə verilmiş kassa mədaxil orderinin qəbzi də İDF MMC adından tərtib edilib və qəbzin üzərindəki möhür də İDF MMC-yə məxsusdur. Bu illər ərzində bağlanmış mənzil tikintisi haqqında müqavilə də sakin ilə İDF MMC arasında imzalanıb. 2010-cu ildə verilmiş bu qəbzin və müqavilənin fotolarını da sizə təqdim edirik.

İndi isə 2019-cu ildə tərtib olunmuş ikinci arayışa diqqət yetirin. Bu arayış da "Yeni Bakı" yaşayış kompleksinin sakininə verilib. Ancaq bu dəfə arayış İDF MMC adından deyil, "İDF-Mənzil Servis" Mənzil Tikinti Kooperativinin (MTK) sədri Elşən Musayev adından tərtib və təqdim olunub. Cəmi bir il fərqlə tərtib olunmuş arayışı verən şirkətin adı, ən əsası isə təşkilati-hüquqi forması necə dəyişib? Axı MMC ayrı, MTK tamamilə ayrı funksiya və öhdəliklərə malik müəssisə formasıdır?! Bu Elşən Musayev kimdir və biz bu yeni yaradılan MTK-nın məcburi üzvləri olaraq bu sədri niyə tanımırıq? MMC "fokus-mokus"la MTK-ya çevrilərkən biz sakinlərin (yaşayış kompleksi 3200 mənzildən ibarətdir) niyə xəbəri olmayıb? Və daha bir maraqlı, maraqlı olduğu qədər də cavabında korrupsiya iyi gələn sual: MTK mənzillərin tikintisindən əvvəl təsis edilməli olduğu halda, kompleksin tikintisinin tam başa çatmasından 7-8 il sonra necə təsis olunub? Axı əvvəlcə MTK təsis olunur, sonra tikintiyə başlanır. Sizcə də, burada qəribə və şübhəli nəsə yoxdurmu?

Əslində, hər şey aydındır. Şirkət vergidən yayınmaq üçün sonradan təşkilati-hüquqi formasını dəyişib. Çünki MMC kimi mənzil satışında dövlət büdcəsinə müəyyən məbləğdə vergi köçürülməlidir, ancaq MTK-da bu öhdəlik yoxdur. Görünür, İDF bu addımı atmaqla dövlətdən külli miqdarda vergi yayındırıb. Söhbət 3200 mənzilin vergi yükündən gedir. Bu məqamda bir məsələni xatırlatmaq da yerinə düşər. Deməli, İDF sakinlərə çıxarış verməyə başlayanda onlardan mənzildəki otaqların sayından asılı olaraq, 150-350 manat arasında əlavə ödəniş tələb edirdi. Və bu tələbini də onunla əsaslandırırdı ki, "bəs biz çıxarışla bağlı sənədlərimizi qaydasına qoymaq üçün böyük xərcə düşmüşük, dövlət qurumlarına "hörmət" etmişik". Ortalama hər sakinin üzərinə qoyulan məbləğin 250 manat olduğunu nəzərə alsaq, bu da (250×3200=800000) 800 min manat edir.
Görəsən, İDF-nin "hörmət" dediyi şey MMC-ni MTK-ya çevirərkən çəkdiyi "xərc"dirmi? Bu suala ən doğru cavabı, əlbəttə ki, hüquq-mühafizə orqanları verə bilərlər. Ona görə də biz sakinlər olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət edirik ki, bu suala aydınlıq gətirsinlər.
Paytaxt.org rüşvət alınaraq verilən sənədlərin fotolarını təqdim edir:
"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd"İDF" tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? – Masazırdakı "Yeni Bakı" yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2750   Tarix: 17 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr