Bu gün general rütbəsi verilən hərbçilər kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərov və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı Babək Ələkbərov Vətən Müharibəsi Qəhrəmandır. O, Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Babək Ələkbərova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Fotoda: Babək Ələkbərov
49 yaşlı Zaur Zeynalov isə 1-ci Qarabağ müharibəsi, həmçinin Vətən müharibəsi iştirakçısıdır. Əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi hissəsində komandir olub. Hazırda DSX-də Baş İdarə rəisi vəzifəsini icra edir.
Fotoda: Zaur Zeynalov

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb