Manat "üzməyə" nə vaxt başlayacaq? - ARAŞDIRMA

Manat "üzməyə" nə vaxt başlayacaq? - ARAŞDIRMAMərkəzi Bankın iqtisadi müstəqilliyi artırılıb. İndi ölkənin bank, maliyyə, pul siyasətinin həyata keçirilməsində əsas söz sahibidir. Yeni səlahiyyətlər qurumun manatın məzənnəsi ilə bağlı siyasətinə də təsir edə bilər.

Bu günlərdə parlamentdə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna edilən əlavə və dəyişikliklər Mərkəzi Bankın müstəqilliyini bir qədər də artırıb. Qanunvericiliyə görə, artıq hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz. Bəs Mərkəzi Bank səlahiyyətlərinin artırılmasından istifadə edərək gələcəkdə zərurət görərsə, müstəqil şəkildə manatı üzən məzənnəyə keçirə bilərmi?

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli dedi ki, Mərkəzi Bankın müstəqilliyinin artırılması yaxşı haldır, amma məsuliyyətlidir: "Mərkəzi Bankın müstəqilliyinin artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik olunması dünya praktikasında da müsbət hal kimi qiymətləndirilir.

Əksər inkişaf etmiş ölkələrdə Mərkəzi Bank tam müstəqildir. Bu dəyişiklikdən sonra artıq o, qərar verməyə, cəlb edilmiş və yerləşdirilmiş vəsaitlərə, maliyyə bazarlarındakı iştirakına görə özü məsuliyyət daşıyacaq. Eyni zamanda, pul və məzənnə siyasətini müstəqil şəkildə müəyyən edəcək və həyata keçirəcək. Bu dəyişiklik Mərkəzi Bankın qərarlarının müstəqil şəkildə verilməsi üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, məsuliyyəti də artacaq. Çünki verilən qərarların nəticələri ilə bağlı Mərkəzi Bank məsuliyyət daşıyır".

Üzən məzənnəyə keçid qiymətləri artırar

Ekspertin sözlərinə görə, manatla bağlı üzən məzənnəyə keçidin ağır nəticələri ola bilər. Üzən məzənnəyə keçidlə bağlı əvvəllər də imkan olub. İndi qanunvericiliyə edilən dəyişikliklə Mərkəzi Bankın müstəqilliyi artırılıb: "Yəni üzən məzənnəni həyata keçirmək mümkündür. Amma hazırda dünyada baş verən proseslər, qiymət artımı, inflyasiya və s. fonunda üzən məzənnənin idarə olunmasının dövlət üçün iqtisadi nəticələri ağır ola bilər. Bu səbəbdən, məzənnənin hazırda dövlət tərəfindən tənzimlənməsi daha məqsədəuyğundur. Üzən məzənnənin olması və yaxud sabit məzənnənin saxlanılması dövlət siyasəti idi. İndiki halda isə Mərkəzi Bankın siyasətidir.

Bu baxımdan düşünürəm ki, Mərkəzi Bank dərhal üzən məzənnəyə keçməyəcək. Bunun üçün uyğun iqtisadi şəraiti gözləməli, müəyyənləşdirməlidir ki, hazırda ölkədə, dünyada makroiqtisadi vəziyyət necədir. Ona uyğun şəkildə qərar verməlidir. Üzən məzənnəyə keçid üçün daha ciddi zəminin olması lazımdır".
Yeni sistemə keçid işləri çətinləşdirər

X.Məmmədli bildirdi ki, üzən məzənnə firmalara, müəssisələrə, biznes qurumlarına da ziyandır: "İqtisadiyyatda bir sıra məhsullar idxalla təmin olunur. İdxal edən firmalar sabit məzənnə olduqda, gələcək planlarını daha uzunmüddətli həyata keçirə bilirlər. Bu, dövlətin müəyyən idxal məhsulları ilə təmin olunmasında da işi asanlaşdırır. Amma məzənnə tez-tez dəyişdikdə müəssisələrin işi həddindən artıq çətinləşir. Hansı məhsul hansı qiymətə alınacaq? Hansı tarixdə məzənnə necə olacaq? Bu amillər qeyri-dəqiq olduğu üçün qərarların verilməsi mümkünsüzləşir. Bütün biznes bundan əziyyət çəkir. Dövlətlə çalışan həm fiziki şəxslər, həm biznes qurumları bilir ki, bu gün məzənnə 1,70 səviyyəsindədir, sabitdir və ona uyğun, rahat şəkildə işlərini görə bilirlər. 3-5 ildən sonra hansısa yeni məzənnə təyin olunanda da itki bir dəfə baş verir. Sabit məzənnə olduqda dövlət itkiləri əldə etdiyi gəlirlərlə özü kompensasiya edir".

"Mərkəzi Banka necə işləməli olduğunu deyə bilməzlər"

İqtisadçı Xalid Kərimlinin fikrincə, Mərkəzi bankın müstəqilliyi çox vacibdir: "Dünyanın hər yerində Mərkəzi Bank maksimal müstəqilliyə sahibdir. Hətta prezidentlər Mərkəzi Bankın idarə heyətini formalaşdırandan sonra onlara tapşırıqlar verə bilmir. Prezident idarə heyəti üzvünü təklif edir, parlament təsdiqləyir. Amma Mərkəzi Banka necə işləməli olduğunu deyə bilməzlər".

X.Kərimli qeyd etdi ki, Mərkəzi Bank müstəqil olsa da, dövlətin siyasətinə uyğun hərəkət etməlidir: "Bu qanunun qəbulu ilə Mərkəzi Bankın manatın məzənnəsi üzərində hər hansı mövqe dəyişikliyi edəcəyini güman etmirəm. Müstəqillik olmayanda da Mərkəzi Bank manatın məzənnəsi üzərində tək hüquqa malik idi. Mərkəzi Bank faktiki olaraq müstəqil kimi görünsə də, yenə də dövlətin bir qurumudur. Buna görə də dövlətin siyasətinə və baxışlara uyğun siyasət formalaşdırmalıdır.

2015-ci ildə Mərkəzi Bankın müstəqilliyini təsdiq edən qanun yox idi, amma məcbur vəziyyətdə məzənnəni dəyişdi. Hətta bir il ərzində üzən məzənnə siyasətinə keçildi. Fors-major hallar olanda bu siyasət həyata keçirilə bilər. Amma qanuna dəyişikliklər edildikdən sonra "Mərkəzi Bank üzən məzənnəyə keçəcək" kimi proqnozlar vermək doğru deyil".

Üzən məzənnəyə keçid planı var, amma...

İqtisadçı ekspert düşünür ki, hazırda iqtisadiyyatımız da bu siyasəti həyata keçirmək üçün hazır deyil: "Mərkəzi Bankın uzunmüddətli perspektivdə manatı üzən məzənnəyə keçirmək planı var. Amma bunun üçün iqtisadiyyatın, ixracatın yeni rejimə hazır olması lazımdır. Hazırda əlverişli mühit yoxdur. Bu, iqtisadiyyatımızın strukturu, ixracatımızın vəziyyəti ilə əlaqədardır. Bunlar qaydaya düşəndə tədricən üzən məzənnəyə keçilə bilər".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3284   Tarix: 20 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr