Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
Bu gün Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkara "Tərəqqi" medalı verilməsi barədə sərəncam imzalayıb. Prezidentin təltif etdiyi sahibkarlar arasında xarici ölkə vətəndaşları da yer alıb.
Modern.az xəbər verir ki, "Tərəqqi" medalı ilə təltif edilən şəxslər arasında türk iş adamı Necmeddin Taşbağ və alman sahibkarı Jana Krimpe də var.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin idarə heyətinin sədri Necmeddin Taşbağ "Kartaş Kimya" MMC, 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərərək "Mr. Fix" brendi altında tikinti kimyəviləri istehsal edir. Şirkət müasir texnologiyalarla təchiz olunmuş Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodunda geniş çeşidli məhsullar istehsal edərək daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarını da artırmağı hədəfləyir. Şirkətdə 250 nəfər işçinin çalışması planlaşdırılır. İstehsal prosesində yüksək keyfiyyət və ekoloji standartlar ön planda tutulur, bu isə məhsulların müasir texnologiya ilə hazırlanmasını və beynəlxalq standartlara uyğunluğunu təmin edir. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində fəaliyyət göstərir və bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal olunur.
"ASAN İmza" mobil elektron imzanın operatoru - "B.EST Solutions Azerbaijan" şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe əslən almandır. J. Krimpenin rəhbəri olduğu B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal texnologiyaların tətbiqi və elektron xidmətlərin inkişafı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət əsasən mobil identifikasiya, elektron imza və rəqəmsal təhlükəsizlik həlləri üzrə ixtisaslaşıb.
Onun ən tanınmış layihəsi olan "Asan İmza" Azərbaycanda geniş istifadə olunur və vətəndaşlar, sahibkarlar, eləcə də dövlət qurumları üçün rəqəmsal identifikasiya vasitəsi kimi çıxış edir. Bu texnologiya elektron xidmətlərə çıxışı asanlaşdırır və sənədlərin məsafədən hüquqi təsdiqini mümkün edir.
B.EST Solutions Azerbaijan dövlət və özəl sektorla əməkdaşlıq çərçivəsində ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir və innovativ həllərin tətbiqi ilə seçilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMuzdla çalışanların SAYI artıb - STATİSTİKA
Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə
13 iyun 2021Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı
2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd
20 iyul 2021Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib
2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr
9 may 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ
4 sentyabr 2021Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA
Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların
6 may 202120 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl
26 iyul 2021