"Tarix "no war"çıları özünün zibilliyinə atacaq"

"Tarix "no war"çıları özünün zibilliyinə atacaq""İstənilən cəmiyyətin içərisində milli maraqlara zidd mövqe tutan, xaricdən maliyyələşən bir və ya bir neçə qrup olur. Çox təəssüf ki, Azərbaycanda da bu qruplar mövcuddur. Onlardan biri də "no war"çılar adlanan şəxslərdir. Onlar işğal dövründə Ermənistanın mənafeyini açıq və gizli şəkildə müdafiə edirdilər".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, "no war"çılar xaricdə iştirak etdikləri tədbirlərdə heç bir zaman Ermənistanın işğalçı siyasətini üzə çıxarmaq, əsl niyyətini ortaya qoymaq istəmirdilər:

"44 günlük müharibə dövründə həmin merkantil qruplar susdular. Xaricdə toplaşmış bir qrup azərbaycanlı mühacirlər isə Azərbaycan ordusunun qələbəsinə kölgə salmağa çalışdılar. İndi isə "no war"çılar deyilən bir qrup meydana gəlib və bunların bəyanatlarının Azərbaycanda, Bakıda deyil, xaricdə hazırlandığına hər hansı bir şübhə yoxdur. Onlar 5-10 manat çirkli pulun əvəzində özlərini milli maraqlara, Azərbaycan əsgərinə, şəhid ailələrinə qarşı qoyurlar. Onların Azərbaycan xalqı ilə hər hansı bir bağlılığı yoxdur. Onlar əzəldən xarici maliyyə vəsaiti ilə xarici dairələrin Azərbaycandakı maraqlarının "oyunçusuna" çevriliblər".

Deputat vurğulayıb ki, "no war"çılar Ermənistanın işğalçılıq siyasətini gündən-günə daha açıq şəkildə müdafiə etməyə başlayırlar:
"Onlar Azərbaycanda olan demokratik ab-havadan bilirlər ki, söz azadlığına görə onlara heç nə olmayacaq. Əmindirlər ki, açıq şəkildə fərqli mövqe nümayiş etdirə bilərlər və s. "No war"çılara layiq olduğu ən sərt cavab verilməlidir. Onların sayı çox azdır. Bir qrupdan, bir dərnəkdən başqa heç kim deyillər. Bu şəxsləri gənclər, ziyalılar, qadınlar, müharibə iştirakçıları, şəhid ailələri dəstəkləmirlər. Qeyd etdiyim kəsim Prezidentin, dövlətin, dövlətçiliyin yanındadırlar. Təəssüf ki, bu gün Ermənistan maraqlarını açıq şəkildə müdafiə edən bəzi şəxslər onlara həyat, inkişaf, çörək verən Vətənə qarşı iftiralar yazmağı özlərinə şərəf bilirlər. Tarix belələrini onsuz da özünün zibilliyinə atacaq.

"No war"çılar gec-tez öz mənəvi cinayətlərini dərk edəcəklər. Elələrini azərbaycanlı adlandırmaq düzgün olmaz. Torpaqların işğalı tarixini yaşamış, ailələrində, qonşularında, yaxınlarında şəhid yası görmüş insan heç bir zaman Azərbaycana qarşı belə çirkin mövqe tuta bilməz".

Qeyd edək ki, avqustun 15-də özünü "no war"çılar adlandıran bir qrup gənc tədbir keçirib. Onlar Azərbaycanı "işğalçı dövlət", "aqrerssor", Azərbaycan xalqını isə "işğalçı rejimi dəstəkləyən kütlə" adlandırıb, şəhid və qazi ailələrini təhqir ediblər. Xaricdən maliyyələşən bu insanlar cəmiyyətimizin ayrı-ayrı üzvləri tərəfindən sərt tənqid olunublar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1059   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr