"Azərbaycan və özbək xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə söykənir"- Deputat

"Azərbaycan və özbək xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə söykənir"- Deputat"Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki dövlət arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının nümunəsidir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O qeyd edib ki, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri durmadan inkişaf etdirir:

"Prezident cənab İlham Əliyev ortaq dilə, mədəniyyətə, tarixə malik türkdilli dövlətlərlə sıx siyası, iqtisadi əməkdaşlığa böyük üstünlük verir. Ölkə başçımızın Türk Dövlətləri Təşkilatının yaradılmasında da böyük əməyi olmuşdur. Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələri durmadan inkişaf etdirir. Türkdilli dövlətlər də Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin qurulmasına böyük maraq göstərir.Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki dövlət arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının nümunəsidir.
Prezident cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Azərbaycanla Özbəkistan arasında mövcud əlaqələr və yaxın gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlər barədə mətbuata bəyanatla çıxış etdi.
Azərbaycanla Özbəkistan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir birinə siyasi dəstək nümayiş etdirir. İki ölkə arasında nəqliyyat, energetika, qarşılıqlı iqtisadi əlaqələr, eləcə də humanitar sahədə birgə əməkdaşlığın gələcək inkişaf yolları da müzakirə olundu. Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması ölkələrimiz arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının, eləcə də gündəliyin kifayət qədər geniş olması əlaqələrin yüksək
səviyyədə olmasının göstəricisidir".

Kamilə Əliyeva əlavə edib ki, Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq Azərbaycan və özbək xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə söykənir:

"Enerji sahəsində iki ölkənin şirkətləri qarşılıqlı fəaliyyət göstərir, eləcə də iki ölkə arasında nəqliyyat-loqistika sahəsində yükdaşımaların artırılmasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur. Mədəniyyət sahəsində də əməkdaşlıq çərçivəsində Azərbaycanda Özbək Mədəniyyət Günlərinin keçirilməsi insanlarımızda böyük marağa səbəb olmuşdur.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məktəb binasının tikilməsi və özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıması dövlətlərimizin və xalqlarımızın bir birinə sıx tellərlə balıllğının sübutudur. Görüş zamanı iki dövlət arasında iqtisadi, siyasi, mədəniyyət, humanitar sahələri əhatə edən çox sayda sənəd imzalamışdır.
Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq Azərbaycan və özbək xalqlarının qardaşlıq əlaqələri tarixi köklərə söykənir. Bakıda İçərişəhərdə XV-ci əsrə aid Buxara karvansarayı Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən tikilmişdir. XVI-XVII əsrlərdə yaşamış Qarabağdan olan dahi azərbaycanlı filosof, şair, din xadimi Yusif ibn Məhəmmədcan Qarabağlının qəbri Səmərqənd şəhərində yerləşir.
Bu gün Özbəkistanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai - siyasi həyatında mühüm rol oynayır. Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda Ermənistan, Ermənistanda Özbəkistan səfirliyinin açılmaması Azərbaycanla Özbəkistan arasında dostluğa, qardaşlığa sadiqliyin nümunəsidir. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. İslam Kərimovun 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanmışdır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident cənab İlham Əliyevlə işğaldan azad olunmuş ərazilərə səfər etməsi ölkələrimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin daimi və əbədi olacağına xidmət edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1148   Tarix: 29 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr