Hacıqabulu abadlaşdıran şirkət kimindir? - Qardaşı başçı müavininə 227 min manat verdiyini...

Hacıqabulu abadlaşdıran şirkət kimindir? - Qardaşı başçı müavininə 227 min manat verdiyini...acıqabul rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri" lotu üzrə keçirdiyi tenderdə "VİKTORY CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Tenderin məbləği 142.134 manatdır.

"VİKTORY CONSTRUCTİON GROUP" MMC 2022-ci ilin aprel ayının 11-də təsis edilib.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi ev 2, mənzil 11, qanuni təmsilçisi isə Bədəlov Bəhruz Bayram oğludur.

Hacıqabul rayonunda tender müqaviləsinə görə 2023-cü ildə abadlıq işləri aparacaq "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin fəaliyyət profili, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti, maddi-texniki bazası barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin qanuni təmsilçisi Bəhruz Bədəlov bir neçə il öncə mediada qalmaqallı açıqlaması ilə gündəmə gələn "Şabran-D" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cəlal Bədəlovun qardaşıdır. Cəlal Bədəlov həmin qalmaqallı açıqlamasında Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakına razılıq vermək məqsədi ilə ondan pul istədiyini və onun da bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq M.Balabəyova 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdiyini iddia edirdi.

Fəaliyyəti, maddi-texniki bazası və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan "VİKTORY CONSTRUCTİON GROUP" MMC-nin Şabran rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmada hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətindən mövqe öyrənib. Hacıqabul rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

"Azərbaycan Respublikasında dövlət satınalmaları "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılır.Dövlət satınalmalarına nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.Satınalmalar elektron portal vasitəsilə, əksər hallarda açıq tender üsulu ilə şəffaf qaydada keçirilir.Tender iştirakçıları portal üzərindən aparılan bütün əməliyyatları, yazışmaları izləyə bilir.Tenderin nəticələri Dövlət Xidməti tərəfindən ciddi araşdırılır, əgər tender komissiyası hansısa xətaya yol veribsə, yaxud nəticələri düzgün qiymətləndirməyibsə, tenderin nəticələri ya ləğv edilir, yaxud da yenidən qiymətləndirmə tövsiyyə olunur. "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.7.1-ci maddəsinin tələbinə əsasən ən aşağı qiymət təklifi vermiş "Viktory Construction Group" MMC tenderin qalibi seçilmişdir. Hazırda yekun protokolu nəzarət qaydasında yoxlanılıb qeydiyyata alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmə mərhələsindədir. Yekun protokolu Xidmət tərəfindən qeydiyyata alınarsa MMC ilə satınalma müqaviləsi bağlanacaqdır".

Xatırladaq ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur.

O, 2019-cu ilin dekabr ayının 4-dən Hacıqabul rayonuna rəhbərlik edir. /Qlobal.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2024   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr