Milli Arxiv İdarəsinə ayrılan 2 milyon manat hara xərclənib?
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Milli Arxiv İdarəsinin rəqəmsallaşma problemindən yazıb.
Qlobal.az O.Gündüzün məqaləsini təqdim edir:
"Milli Arxiv İdarəsi rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, amma uzun müddətdir ki, bu sahəyə milyonlar ayrılır.
SİNAM Milli Arxivin rəqəmsallaşması üçün yenidən tenderin qalibi olub, 2 milyon manat alıb və artıq müqavilə imzalanıb.
Ötən il də bu şirkət eyni məqsəd üçün 0.5 milyon manat dövlət vəsaiti almışdı.
2021-ci ilin dekabrında isə SİNAM yenə həmin məqsəd üçün, rəqəmsallaşma və Elektron Arxiv Sisteminin yaradılması üçün 2 milyon manat almışdı.
Ümumiyyətlə isə, 2013-cü ildən etibarən Milli Arxiv İdarəsinin elektronlaşmasına yalnız SİNAM rəhbərlik edir, heç bir digər İT şirkət bura yaxın buraxılmır.
SİNAM arxiv sisteminin rəqəmsallaşması üçün toplam olaraq on milyonlarla dövlət vəsait alıb.
Nəticə varmı?
Real nəticələri indiyədək görməmişəm, rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, hər hansı təqdimatlar və hesabatlar olmayıb, heç bir dövlət və özəl qurum bu sistemə inteqrasiya olunmayıb. Vətəndaşlar üçün də rəqəmsal xidmətlərinin şahidi olmamışıq.
İndi görəsən eyni məzmunlu layihələrə yenidən ayrılan milyonlar üçün eGov sahəsində səlahiyyətli qurum olan RİNN, İRİA rəy veribmi?
Əvvəlki işlərin dəyərləndirməsi, monitorinqi olubmu?
Xatırlayıram ki, SİNAM uzun illər pensiya sahəsində, ƏƏMN sistemində də tenderləri udur, müxtəlif İT layihələr icra edirdi. Rəqəmsal həllərin isə çoxusu işləmirdi, problemlər çox olurdu. Qurum rəqəmsallaşa , inteqrasiya oluna bilmədi.
Nəticəsi isə ondan ibarət oldu ki, ƏƏMN sistemində yeni nazir gələndən sonra yenidən bu sahəyə dövlət vəsaitləri ayrıldı, SİNAM-ın qurduğu bütün köhnə İT layihələr, köhnə sistemlər isə "alt sistemlər" adı ilə yenidən quruldu.
Görəsən indi necə olacaq, arxiv rəqəmsallaşacaq, yoxsa burada da rəhbərlik dəyişəndə yenidən vəsaitlər ayrılmaqla hər şey başqa şirkətlə, başqa adla yenidən təkrarlanacaq?".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1358 Tarix: 30 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr