Ərdoğan: "Məzunlarımız arasında Azərbaycandan qonaq tələbələrimiz də var"
Beynəlxalq siyasətdə BRİKS, NATO və Türk Dövlətləri Təşkilatı kimi birliklər çoxtərəfli əməkdaşlıq platforması kimi çəkisini getdikcə artırır.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı hərbi akademiyada çıxışı zamanı deyib.
O, akademiyanın məzunlarının terrorla mübarizədə, vətənin müdafiəsində və ölkəni təmsil etdikləri beynəlxalq missiyalarda əldə etdikləri uğurlardan da söz açıb və bu gənclərin iştirakı ilə Türkiyə Silahlı Qüvvələrinin daha da güclənəcəyinə inamın ifadə edib.
"Məzunlarımız arasında Azərbaycandan Bosniya və Herseqovinaya, İordaniyadan Seneqala və Somaliyə, Albaniyadan Monqolustana kimi 15 müxtəlif ölkədən qonaq tələbələrimiz də var",- deyə o, əlavə edib.
Prezident dünyada pandemiya ilə başlayan və Ukraynada müharibəylə kəskinləşən böhrana da toxunub və bu hadisələrin qlobal miqyasda iqtisadiyyata və siyasətə mənfi təsir göstərdiyini deyib.
"Bütün dövlətlər, o cümlədən inkişaf etmiş ölkələr son 60-70 ildə ən yüksək inflyasiya templəri ilə üzləşiblər",- deyə o əlavə edib.
Türkiyə lideri həmçinin təhlükəsizlik riskləri fonunda müdafiə sənayesinə xərclərin hər yerdə artdığına diqqət çəkib.
O əlavə edib ki, bir neçə il əvvəl neytrallığı öz dəyəri hesab edən bir sıra ölkələr indi müdafiə paktlarına qoşulmağa məcburdur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1110 Tarix: 30 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
3 oktyabrEritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrPezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
4 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabr