Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyilBıçaq dəyəndə içi qarpız kimi qıpqırmızı çıxan bu meyvə dünyada təkcə bir yerdə bitir. Başqa torpağa əkildikdə bütün xüsusiyyətini itirib ağaran meyvəni pulla belə satın almaq olmur.

Milli.Az xəbər verir ki, İtaliyanın şimalında, Florensiyadan iki saatlıq məsafədə yerləşən Apenin dağlarının ətəklərində salınmış Ville di Montecoronaro qəsəbəsində yer kürəsinin ən maraqlı bioloji irsi mövcuddur. Kəsildiyi an içi qarpız kimi parlaq qırmızı rəng alan "Pera Kokomerina" adlı əsrlik armud növü məhdud coğrafiyası ilə dünyanın ən nadir meyvələri sırasındadır.

Qeyri-adi meyvəni bənzərsiz edən ən heyrətamiz amil onun təkcə bir yerdə yetişməsidir. Bölgədən götürülən tinglər başqa bir şəhərə və ya torpağa əkildikdə həmin o qırmızı və çəhrayı toxumasını tamamilə itirir; rəngsiz, iri və sıradan bir ağ armuda çevrilir. Alimlər bu sirli dəyişikliyi məhz həmin hündür dağ dərəsində mövcud olan xüsusi mikroklimat və gecə ilə gündüz arasındakı kəskin temperatur fərqi ilə əlaqələndirirlər.

Uzun illər yerli əhalinin sıradan bir bağ meyvəsi hesab edərək istehlak etdiyi "Pera Kokomerina"nın dünyadakı təkrarolunmaz dəyəri ilk dəfə 2001-ci ildə aparılan akademik araşdırma ilə üzə çıxıb. Aparılan yoxlamalar nəticəsində dünyadakı ümumi ağac sayının 40-dan aşağı düşdüyü müəyyən edilib. Öz doğma irslərinin məhv olmaq üzrə olduğunu anlayan qəsəbə sakinləri "Pro Ville" cəmiyyətini təsis ediblər. Ağacları tək-tək sayaraq qoruma dairəsinə alan sakinlər bu gün qorunan ağacların sayını 200-ə çatdırmağı bacarıblar.

Tərkibində yüksək miqdarda təbii şəkər ehtiva edən bu qırmızı armud budaqdan qoparıldıqdan sonra demək olar ki, zamanla yarışır. Yetişdikdən sonra ən geci 4-5 gün ərzində istehlak edilməli olan məhsul təravətini uzun müddət qoruya bilmədiyi üçün uzaq bölgələrə göndərilə bilmir. Qəsəbə sakinlər bu maneəni aşmaq üçün meyvəni emal edərək xüsusi marmelad, likör və dondurma halına gətirirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2778   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Marsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb

Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"

20 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Sürücüsüz avtomobillər dövrü başlayır: Sükan və pedal olmayacaq

Avtomobil sənayesində yeni texnoloji mərhələnin başlanğıcı hesab edilən sürücüsüz avtomobillər nəqliyyat vasitələrinin quruluşunu və istifadə qaydalarını kökündən dəyişə bilər. Sükanı və qaz əyləc pedalları olmayan yeni nəsil avtomobillər süni intellekt və avtonom idarəetmə texnologiyaları ilə təchi

19 noyabr