Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu

Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturuYaxşı bir bifştek bişirmək sadəcə düzgün ət seçməkdən ibarət deyil. Ətin tavaya və ya manqala dəydiyi andan etibarən nə qədər müddət bişirilməsinə qədər bir çox detal alınacaq nəticənin dadına və toxumasına təsir edir. Uzun illərdir qəssablıq edən Rob Levitt bifştekin daha nəzarətli və stabil şəkildə bişirilməsi üçün "3-3-2-2" kimi tanınan bir üsul təklif edir. Üsulun əsasında bifştekin hər iki tərəfinin əvvəlcə üç dəqiqə, daha sonra isə iki dəqiqə bişirilməsi dayanır. Bu üsulda məqsəd bifştekin xarici səthində iştahaçıcı qızartı və qabıq əmələ gətirərkən daxili hissəsini lazım olandan artıq bişirməməkdir.

Milli.Az xəbər verir ki, adını bişirmə müddətlərindən alan üsul olduqca sadə bir tətbiqə əsaslanır. Bifştekin bir üzü üç dəqiqə, digər üzü üç dəqiqə bişirilir. Ardından ət yenidən çevrilərək hər iki tərəfi iki dəqiqə də bişirilir. Bişirmə müddəti ətin qalınlığından və istənilən bişmə dərəcəsindən asılı olaraq dəyişə bilər. Ona görə də "3-3-2-2" qaydasını hər ət üçün dəqiq bir müddət kimi deyil, əsas bir üsul kimi qiymətləndirmək lazımdır.

"3-3-2-2" üsulu necə tətbiq olunur?
Əti hazırlayın. Əti bişirməzdən əvvəl səthindəki artıq rütubəti kağız salfetlə alın. Daha sonra duz və istiot kimi əsas ədviyyatlarla dadlandırın.

Bişirmə səthini yaxşıca qızdırın. Tava və ya izqara ət əlavə edilmədən əvvəl kifayət qədər isti olmalıdır. Yüksək istilik ətin səthində sürətli şəkildə qızartının yaranmasına kömək edir.

İlk tərəfi 3 dəqiqə bişirin. Əti isti səthə qoyduqdan sonra təxminən üç dəqiqə ərzində tərpətmədən bişirin. Bu zaman səthdə qəhvəyi qabıq yaranmağa başlayır.

Digər tərəfi də 3 dəqiqə bişirin. Əti çevirin və digər üzünü də təxminən üç dəqiqə bişirin.

Hər iki tərəfi daha 2 dəqiqə bişirin. Əti yenidən çevirərək bir üzünü iki dəqiqə, ardından digər üzünü iki dəqiqə də bişirin. Bu mərhələdə ətin daxili temperaturunu yoxlamaq istənilən bişmə dərəcəsini əldə etmək üçün daha etibarlı üsuldur.

Əti dincəldin. Bişən bifşteki dərhal kəsmək əvəzinə bir neçə dəqiqə dincəldin. Beləliklə, ətin içindəki suyun daha balanslı paylanması və kəsildikdə daha az maye itirməsi təmin edilə bilər.

Bifştekin üzərindəki qızartının sirri: Mayard (Maillard) reaksiyası
Bifştekin səthində əmələ gələn qızılı-qəhvəyi qabıq böyük ölçüdə Mayard reaksiyası adlandırılan kimyəvi reaksiyanın nəticəsidir. Yüksək temperaturda ətin səthindəki amin turşuları və şəkərlər arasında baş verən bu reaksiya bifştekə xarakterik qızarmış görünüşünü və tünd ətrini qazandırır. Buna görə də ətin səthinin mümkün qədər quru olması və bişirmə səthinin kifayət qədər qızması vacibdir. Ətin səthindəki artıq rütubət qızartının başlamasını ləngidə bilər.

Əti həddindən artıq bişirmək nə üçün məqsədəuyğun deyil?
Əti uzun müddət yüksək temperaturda bişirmək suyunu itirməsinə və sərtləşməsinə səbəb ola bilər. Həmçinin yüksək temperaturda, xüsusilə ətin səthi həddindən artıq qızarıb yanmağa başladıqda bəzi arzuolunmaz birləşmələrin əmələ gəlməsi arta bilər. Buna görə də məqsəd əti yandırmadan yaxşı səth qızartısı əldə etmək və daxili hissəsini də istənilən bişmə dərəcəsində saxlamaqdır. Burada sadəcə saata baxmaq əvəzinə ətin qalınlığını və daxili temperaturunu nəzərə almaq daha doğru nəticə verir. Çünki eyni müddət nazik əti çox bişirə biləcəyi halda, daha qalın bir parça üçün kifayət etməyə bilər.

Bifştek qida baxımından nə ehtiva edir?
Bifştek xüsusilə yüksək keyfiyyətli zülal (protein), dəmir, sink və B qrupu vitaminləri baxımından zəngin qidadır. Zülal əzələlərin qorunması və bərpası üçün lazım olan amin turşularını təmin edir, dəmir bədənin oksigen daşıma mexanizmində mühüm rol oynayır. Sink və B qrupu vitaminləri də müxtəlif metabolik funksiyalarda iştirak edir. Lakin bifştekin qida dəyərini sadəcə bişirmə üsulu müəyyən etmir. Ətin hansı hissəsinin seçildiyi, porsiyanın böyüklüyü və ümumi qidalanma rejimi də vacibdir.

Hansı bifştek daha yağlıdır?
Bifştekin yağ nisbəti seçilən ətin hissəsinə görə əhəmiyyətli dərəcədə dəyişə bilər. Bonfile kimi daha yağsız kəsimlər daha aşağı yağ tərkibi istənlər üçün seçilə biləcəyi halda, antrikot kimi bəzi kəsimlər daha çox yağ ehtiva edir. Buna görə də ət seçərkən sadəcə bişirmə üsuluna deyil, kəsimin yağ nisbətinə və porsiya miqdarına da diqqət etmək lazımdır. Ədviyyat məsələsində isə bifştekin təbii ətrini önə çıxarmaq üçün duz, istiot və təzə otlar kimi sadə seçimlər kifayət edə bilər. Əlavə edilən yağ miqdarını da damaq dadına və qidalanma tərzinə görə tənzimləmək mümkündür.

Bifşteki bişirdikdən sonra nə üçün dincəltmək lazımdır?
Bifştekin bişmə prosesindən dərhal sonra kəsilməsi içəridəki mayenin bir hissəsinin boşqaba daha sürətli axmasına səbəb ola bilər. Əti bir neçə dəqiqə dincəltmək isə bişmə zamanı hərəkətlənən mayelərin daha balanslı paylanmasına kömək edir. Buna görə də yaxşı bir bifştekin sirri sadəcə bişirmə müddətində deyil, doğru istilik, uyğun bişirmə vaxtı və dincəltmə mərhələsinin birlikdə tətbiq edilməsində yatır. "3-3-2-2" üsulu da bu prosesi asanlaşdırmaq üçün istifadə oluna biləcək praktiki yanaşmalardan biridir. Lakin bifştekin qalınlığı, istifadə edilən tava və ya izqara və seçilən bişmə dərəcəsi dəyişdikcə müddətlərin də buna uyğun tənzimlənməsi tələb olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2067   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

2000 illik qablardan nə çıxdı? - Arxeoloqları təəccübləndirən tapıntılar

İspaniyanın Menorka adasında aparılan arxeoloji araşdırmalar qədim insanların dəfn mərasimləri ilə bağlı maraqlı faktları üzə çıxarıb. Ölkə.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub. Arxeoloqlar 200 ildən çox yaşı olan kiçik keramik

18 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Yorğunluq və baş ağrılarının əsl səbəbi...

Gün ərzində kifayət qədər su qəbul etmədikdə yaranan baş ağrıları, xroniki yorğunluq, diqqət dağınıqlığı və daimi halsızlıq orqanizmin "gizli susuzluq" siqnallarıdır. "Qafqazinfo"nun xəbərinə görə, tibb mütəxəssisləri bildirirlər ki, yalnız boğaz quruyanda su içməyi xatırlamaq hüceyrələri

19 noyabr
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15 noyabr