Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, evinə basqın etdi

Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, evinə basqın etdiBakının Nərimanov rayonunda 1997-ci il təvəllüdlü İsmayıl sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 8-də, gecə saat 01:00-da Nərimanov rayonunda baş verib.

İsmayıl yaxın münasibətdə olduğu Aydanla söhbət edərkən onların arasında mübahisə yaranıb. Mobil telefonun zənglərinə Aydanın cavab verməməsini əsas gətirərək ona xəsarətlər yetirib.

Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydanı 2021-ci ildən tanıyır və məqsədi onunla ailə qurmaq olub:

"Lakin 2022-ci ilin dekabrından münasibətlərimiz yaxşı deyil. Aramızda mübahisələr olub və polisə şikayətlər etmişik".

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən bir radələrində Aydan ona cavab vermədiyindən və mobil nömrəsini qara siyahıya saldığından əlaqə saxlaya bilməyib:

"Ona görə də Aydanın qonşuluğunda yaşayan Elmar adlı şəxsin yanına gələrək ondan xahiş etdim ki, Aydanla əlaqə saxlasın. Elmar məndən niyə özümün yığmadığımı soruşdu. Bildirdim ki, nömrəmi qara siyahıya atıb, ona görə də əlaqə saxlaya bilmirəm.

Elmar özünə məxsus telefonla Aydana zəng vurdu. Bu zaman eşitdim ki, Aydan gəlir, yaxınlıqdakı mağazasının qarşısında olacaq. Sonra Elmarın idarə etdiyi avtomobillə Koroğlu Rəhimov küçəsində yerləşən mağazanın qarşısına gəldik. Orada bir neçə dəqiqə gözlədikdən sonra Aydan oraya gəldi və mağazaya daxil oldu. Aydanın ardınca mağazaya getsəm də, mənə irad bildirdi ki, "niyə gəlmisən, buradan get". Bu səbəbdən ani mübahisəmiz olsa da, daha sonra mağazadan çıxdıq".

Təqsirləndirilən şəxs bildirib ki, Aydan yaşadığı ünvana tərəf ara küçə ilə getməyə başladıqda Elmar avtomobili ilə oradan gedib:

"Mən isə Aydanın ardınca getdim. Ona irad bildirdim ki, niyə mənə cavab vermir, mobil nömrəmi qara siyahıya salıb. Aydan evə getdi. Aydanın ardınca yaşadığı ünvana yollandım. Qapını döydükdə eşiyə çıxdı və təhqir edərək mənə stəkan tulladı. Stəkan mənə dəymədi. Oranı tərk elədim. Daha sonra məlum oldu ki, barəmdə polisə şikayət edib".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Aydanı vurmayıb, ola bilər ki, qolundan sıxarkən xəsarət alıb.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təqsirləndirilən İsmayılı təxminən 2 ildir tanıyır:

"İlk əvvəldən gördüm ki, İsmayılla münasibətlərim uyğun gəlmir. Onunla əlaqə saxlamamağı qərarlaşdırdım və ona kənar durmasını bildirdim. Buna baxmayaraq İsmayıl məni bu illər ərzində narahat etdi, barəmdə sosial şəbəkədə nalayiq sözlər yazdı, tanışlarıma zəng vuraraq barəmdə nalayiq sözlər dedi. Ona görə də İsmayıl barədə 2022-ci və 2023-cü illərdə dəfələrlə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim.

Polis ona xəbərdarlıq etsə də, mənə hədə-qorxu gəlir, tanıdığım şəxslərin qarşısında məni təhqir edirdi".

Zərərçəkmiş deyib ki, onun bacısı Vüsalə azyaşlı uşaqları ilə yaşayır:

"İsmayıl bacımın yaşadığı ünvana gedərək mənzilini tanımasa da, qonşuların qapısını döyərək narahatlıq yaradıb, azyaşlı qızının istifadəsində olan mobil nömrəyə "WhatsApp" vasitəsilə yazaraq barəsində təhqiredici sözlər deyib. Bacım bu barədə Xətai Rayon Polis İdarəsinə müraciət edib".

Aydan qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən 01 radələrində yaşadığı evə gedərkən 24 saat fəaliyyət göstərən mağazada alış-veriş etmək qərarına gəlib və İsmayılın orada olduğunu görüb:

"Mağazaya gəlməmişdən az əvvəl qonşuluqda yaşayan Elmar adlı şəxs mənə zəng vurdu, harada olduğumu soruşdu. Mən Elmara evə gedəcəyimi bildirdim.

Daha sonra yolu əks istiqamətə keçdim, İsmayıl arxadan qaçaraq gəldi, mənə yaxınlaşdı. Sağ qolumdan tutaraq dartışdırmağa və əli ilə vurmağa başladı. Yaşadığım evə getsəm də, İsmayıl ardımca gəldi, qapını döydü. Anam həmin vaxt işdə idi. Qapının döyülməsinə bacım yuxudan oyandı. Gördüm ki, qonşular içərisində narahatlıq olacaq, ona görə qapını açdım və İsmayıldan getməsini xahiş etdim. Bu zaman İsmayıl məni hədələdi".

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

İsmayıl 900 manat cərimə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3024   Tarix: 30 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr