"Universitetlər tələbənin təhsil haqqı hesabına yaşamamalıdır"-AÇIQLAMA

"Universitetlər tələbənin təhsil haqqı hesabına yaşamamalıdır"-AÇIQLAMA"Yaxşı təhsil dünyanın hər yerində ucuz başa gəlmir. Söhbət özəl universitetlərdən və dövlət sifarişli olmayan yerlərdən gedirsə, təbii ki, burada vəziyyət xeyli fərqlidir. Azərbaycanda dövlət hər il dövlət sifarişli yerlərin sayını artırmaqda davam edir. Nəzərə alsaq ki, bir müddət dövlət sifarişli təhsil alanların ümumi təhsil alanların faiz nisbəti 40 faiz idisə, indi artıq bu 50 faizə gəlib çatıb. Buda onu göstərir ki, dövlət inşaların təhsil almasında və dövlət hesabına təhsil almasına maraqlıdır. Hələ biz xaricdə təhsil dovlət proqramını, hansı ki xüsusi güzəştlər tətbiq olunur. Hökumətlərarası sazişə müvafiq olaraq təhsil haqları dövlət tərəfindən qarşılanır. Bütünlükdə bu dövlətin təhsilə əlçatanlığın təmin olunması və gənclərin təhsil almaq imkanlarını yaratmaq istiqamətində ortaya qoyduğu imkanlardır. O, ki qaldı özəl ali təhsil müəssisələri və ya dövlət sifarişi əsasında oxumayanlarda münasibət fərqlidir. Burada vəziyyət Azərbaycanda bir qədər mübahisələndirə bilər. Azərbaycanda çox yaxşı təhsil verən ali təhsil müəssisələri var. Tutaq ki, ADA universitetinin verdiyi təhsil keyfiyyəti ilə bağlı heç kimin şübhəsi ola bilməz. Burda təhsil haqları aşağı deyil. Nəzərə alsaq ki, bu kimi ali təhsil müəssisələri eyni zamanda xaricdən mütəxəssis cəlb edirlər. Onlarda ucuz olmayan qiymətlərə gəlib tədris edirlər. Bu başa düşüləndir. Dünyada yaxşı təhsil verən universitetlərin siyahısına baxdıqda ABŞ, Böyük Britaniya universitetləri və bir sıra Avropa universitetləri var ki, bunlarda təhsil haqları kifayət qədər yüksəkdir. Müqayisədə Azərbaycandan çox üstündür".

Bu sözləri BiG.AZ-a açıqlamasında İlqar Orucov deyib. Ekspert, Azərbaycanda təhsil haqlarının Avropa ilə müqayisədə xeyli aşağı olduğunu bildirib. Biliyi yüksək olan tələbələr güzəştlərdən istifadə edərək elə universitetlərdən istifadə edirlər: Aşağı göstəricisi olan tələbələr Türkiyənin aşağı nüfuzlu universitetlərinə, Ukrayna və Rusiya kimi dövlətlərin universitetlərində təhsil alırlar. Amma Azərbaycanda elə ali təhsil müəssisələri yaranıb ki, onlarda təhsil heç də zəif deyil. Amma ümumilikdə götürdükdə, Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlari aşağı da deyil. UNEC, ADA, BDU və Tibb universiteti kimi ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olması başa düşüləndir. Bəzi universitetlər var ki, təhsil keyfiyyətlərini artıra bilmirlər, amma təhsil haqqı bahadır. Ümumi baxış belədir ki, iqtisadi durumu nəzərə alsaq Azərbaycanda təhsil haqları dünya miqyasında çox baha deyil. Azərbaycan reallığında isə müəyyən qədər bahadır. Dövlət sifarişində olmayan tələbələr müəyyən imtiyazlar əldə edə bilirlər. Orta müvəffəqiyyət göstəricisi yüksəkdirsə, tələbə artıq təqaüd almaq imkanı əldə edir. Hansı ki baxmayaraq o, dövlət sifarişi əsasında təhsil almır. Amma onlarında imkanları var ki müəyyən güzəştlərdən istifadə edə bilsinlər.

İlqar Orucov deyib ki, Türkiyənin dövlət ali təhsil müəssisələri var ki, Ankara universiteti Azərbaycan universitetlərindən qabaqdadır. Ankara universitetində təhsil haqqı ixtisasdan asılı olaraq təxminən 4 min-10 min türk lirəsi arasında dəyişir. Lakin onu Azərbaycan manatına dəyişdikdə ali təhsil müəssisələrimizin verdiyi təklifdən aşağıdır: Akdeniz universitetində bizim pul ilə müqayisədə 1000 manat civarındadır. Onlara qəbul olmaqda çətindir. Amma nəzərə alsaq, regiondakı ali təhsil müəssisələri belə qiymətləri onlardan çox daha bahadır. Bu baxımdan bizim ali təhsil müəssisələrinin problemi ondadır ki, eyni istiqamət üzrə hərəkət edirlər. Onlar qeyd edirlər ki, müəllimlərə əmək haqqı veririk, universitet dövlət büdcəsi hesabına maliyyələşmir. Ona görə də təhsil haqları çox bahadır. Amma gəlin bir anlıq fikirləşək. Universitet tələbənin təhsil haqqı hesabına yaşamalidir? Problem bundadır. Bizim universitetlərimiz gəlirlərini planlayırlar. Tələbənin təhsil haqqından vəsait qazanırlar. Bütün xərclər bununla qarşılanır. Bu çox yanlış fikirdir. Universitet alternativ gəlir mənbələri əldə etməlidir. Hansi ki, digər dünya universitetləri bunu edir. Bizimkilər bunu edə bilmirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1010   Tarix: 31 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr