Hövsanda biabırçılıq: Süfrəyə qoyulan toyuqlar antisanitar şəraitdə hazırlanır - VİDEO
Antisanitar şəraitdə, işçilərin heç bir gigiyenik normalara riayət etmədən hazırladıqları toyuqlar geniş müzakirələrə səbəb olub.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, videogörüntülərin Suraxanı rayonu, Hövsan kəndi, "Abdullanın Sexi" kimi tanınan müəssisədə baş verdiyi iddia edilir.
Yayılan videoda görünən mənzərə isə ortadadır. İşçi olduğu iddia edilən şəxsin üzərində qida sektorunda çalışanların riayət etməli olduğu nə xüsusi xalat, nə "bone", nə "baxil", nə əlcək yoxdur. Həmin şəxs toyuğu götürərək göydə fırladır və yerə düşən toyuğun sonrakı aqibətini düşünmək kifayət qədər vahiməlidir.
Sosial şəbəkələrdə yayılan görüntülər insanlar arasında ciddi narahatlıq yaradıb. İnsanlar mağazalardan alaraq istehlak etdikləri qidaların bu formada hazırlandığını düşünərək hiddətlənirlər.
İnsan sağlamlığını heçə sayan bu cür müəssisələrdə hər hansı monitorinqlər aparılırmı? İrəli sürülən iddiaların doğruluğunu yoxlamaq üçün adıçəkilən müəssisəyə baxış keçirilibmi?
Bununla bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlanıb. AQTA-nın şöbə müdiri Mansur Piriyev bildirib ki, məsələ sosial şəbəkələrdən götürülərək agentlik tərəfindən qeydə alınıb:
"Bununla bağlı agentliyin Bakı regional bölməsi tərəfindən müvafiq araşdırmalara başlanıb. Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda qida zəncirinin istənilən mərhələsində baş verən nöqsanlarla bağlı vətəndaşlardan agentliyin "1003" Çağrı Mərkəzinə məlumat verməsi xahiş olunur. Daxil olan müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılır və zəruri tədbirlər görülür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3572 Tarix: 01 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr