"Səni axtarıram"a çıxan ailə məhkəməlik oldu - FOTO
2019-cu ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı binadan müəmmalı şəkildə yıxılaraq ölən 2004-cü il təvəllüdlü Kənan Musayevin ailə üzvləri məhkəmə qarşısına çıxarılıblar.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, K.Musayevin atasının xalası Məlahət Xudiyeva mərhum qohumunun ailə üzvlərinin onu "uşaq qatili", "qətlin sifarişçisi" kimi təqdim etməsi səbəbindən xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib. O, Kənanın atası Elşən Musayevin, yeniyetmənin anasının və daha 2 ailə üzvünün Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edib.
Bildirilib ki, mərhumun ailə üzvləri Kənanın atası Elşənin xalası Məlahət Xudiyevanın sifarişi və təşkilatçılığı ilə öldürülməsini iddia ediblər. Onlar ARB telekanalında həftəarası hər gün efirə gedən "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından iyul ayınadək olan müddətdə efirə gedən verilişlər zamanı müəmmalı hadisə barədə müxtəlif iddialar səsləndiriblər.
M.Xudiyeva isə bildirib ki, bacısının nəvəsini öldürmək kimi bir niyyəti olmayıb və Kənan yıxılandan sonra onu xəstəxanaya aparmaqda kömək edib. O, barəsindəki iddiaların böhtan olduğunu deyib.
Məhkəmədə K.Musayevin atası bildirib ki, onların heç kimə şər, böhtan atmaq fikirləri olmayıb:
"Məqsədimiz oğlumun ölümü ilə bağlı bizdə yaranmış şübhələrin hərtərəfli, ədalətlə və düzgün araşdırılmasına nail olmaq idi. Dövlət orqanlarına etdikləri müraciətlər cavabsız qaldığı üçün səsimizi televiziya vasitəsilə çatdırmağa çalışmışıq. Hazırda araşdırma gedir və araşdırmanın nəticələrini gözləyirik. Eyni zamanda sözügedən televiziya proqramında Məlahət də bizi qatil adlandırıb".
Məhkəmə K.Musayevin ailə üzvlərinin əməlində cinayət tərkibi olmaması qərarına gəlib və onlara 147-ci maddə üzrə bəraət verib.
Qeyd edək ki, Baş Prokurorluq bu hadisə barədə bir neçə dəfə məlumat verib. Bildirilib ki, Kənan Musayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3716 Tarix: 01 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr