Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi danışdı
Dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib. Özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. Aydan Hacıağazadənin atası da 2 il öncə intihar edib.
Hadisənin hansı səbəbdən baş verməsi hələ müəmma olaraq qalır. Bundan əvvəl daha iki intihar hadisəsinin məhz həmin ünvanda baş verməsi, üstəlik canına qıyanların yaşayış yerinin ora olmaması şübhələri daha da artırır.
Bizim.media-nın araşdırmasına görə ötən gün intihar edən Aydan Hacıağazadə Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin şagirdi olub. Aydanın özündən başqa bir qardaşı da var.
Məsələ ilə bağlı Aydanın sinif rəhbəri və tarix fənnini tədris edən Şövkət İbrahimova danışıb.
O, məktəb kollektivinin də bu hadisədən şok keçirdiyini deyib:
"Nənəsi məlumat verib ki, Aydan saat 4-də evdən çıxıb və hazırlığa gedib. Hadisə isə 5-ə qalmış baş verib. Yəni gedib ora çatıb və olay yaşanıb. Heç kimin ağlına gəlməzdi ki, belə bir addım atar. Heç cür ehtimal verə bilmirik ki, görən nə ola bilər? Aydan çox sakit təbiətli, münaqişəsiz və sinif yoldaşları ilə də mehriban biri idi. Oxumağı çox zəif olsa da, yaddaşı, götürümü pis deyildi. Sadəcə dərsə marağı yaranmırdı. Amma oxusaydı və üzərində işləsəydi, yaxşı ola bilərdi.
Dərsin gedişatına mane olmazdı. İntriqasız və qalmaqalsız biri idi. Heç bir müəllimin onun davranışı və tərbiyəsi ilə bağlı narazılığı yox idi. Biz də eşidəndə şok keçirdik. Bəlkə də başqa uşaqlardan bu addımı gözləmək olardı. Amma ondan yox... Məktəbin psixoloqları müntəzəm olaraq uşaqlarla işləyirlər. Aydanın psixoloji problemi olsaydı, psixoloqlarımız bunu bilərdilər".
Şövkət İbrahimovanın sözlərinə görə, Aydan 9-cu sinifdən çıxıb kollecə qəbul olmaq istəyib. Ona görə də hazırlıq kursuna yazılıb:
"Yay tətilində hazırlığa gedirdi ki, buraxılış fənlərindən nəticə əldə edə bilsin. Ailədaxili məsələdən xəbərim yoxdur. Bildiyim qədər atası dünyasını dəyişib. Ana var və çox da yaxşı qadındır. Övladlarının nədənsə korluq çəkməməsi üçün əziyyət çəkirdi. Aydandan başqa qardaşı var və ana onlara yaxşı baxırdı".
Onu da bildirək ki, Aydan Hacıağazadə intihar etməzdən əvvəl məktub yazıb. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsə də, mətni hələ açıqlanmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Onu da əlavə edək ki, bu, son bir həftədə Xırdalanda eyni ünvanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qız olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5025 Tarix: 01 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr