Yıxılan "pəhləvan"ın yenidən güləşmək azarı: İndi Azərbaycanın fəndləri daha öldürücüdür

Yıxılan "pəhləvan"ın yenidən güləşmək azarı: İndi Azərbaycanın fəndləri daha öldürücüdür"Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü açıqlaması bir daha onu sübut edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlı deyil".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O xatırladıb ki, Ermənistanın hökumət başçısı əvvəllər dəfələrlə bölgədə sülhün bərqərar edilməsində maraqlı olduğunu açıqlayıb, amma indi onun bəyanatlarının arxasında xoş niyyət deyil, saxtakarlığın dayandığı üzə çıxır:

"Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etsə də, bununla bağlı sənədi imzalamaqdan boyun qaçırır. Bu da onu göstərir ki, o, bu bəyanatları beynəlxalq ictimaiyyəti aldatmaq üçün verib. Bu açıqlama hökumət başçısının 44 günlük müharibədən əvvəl verdiyi açıqlamaya bənzəyir. O zaman demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Nəticə etibarilə ozamankı danışıqlar prosesini sıfıra endirmişdi. Bundan sonra isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzü bərpa etdik və Ermənistanın işğalçılıq siyasətinə son qoyduq".

Deputat qeyd edib ki, hazırkı açıqlamalar da Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmədiyini göstərir:

"Paşinyan əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə verdiyi bəyanatla özünü elə göstərirdi ki, guya sülhdə maraqlıdır. Onun sonuncu açıqlaması bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Çünki Qarabağ Azərbaycanın tarixi torpağıdır. Burada yalnız Azərbaycan qanunları işləyəcək. Bunu Ermənistan da, onun havadarları da, erməni lobbisi də yaxşı bilməlidirlər. Belə açıqlamalar, sadəcə, Ermənistanı uçuruma aparır".

Milli Məclisin üzvü söyləyib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yalnız ölkəmizin qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər:

"Azərbaycan müxtəlif səviyyələrdə bunu dəfələrlə bəyan edib. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar".

C.Osmanov bildirib ki, Azərbaycan istənilən vaxt öz ərazilərində antiterror əməliyyatı keçirməyə hazır və qadirdir:

"Digər tərəfdən, Ermənistanın siyasi-diplomatik səhnədə, beynəlxalq aləmdə Azərbaycana qarşı törətdiyi bütün təxribatları iflasa uğrayıb. Azərbaycanın dəmir siyasi iradəsi var. Bu siyasi iradə qarşısında Ermənistanın bütün müstəvilərdə, o cümlədən siyasi-diplomatik müstəvidə apardığı yalan siyasəti, təxribatı iflasa uğrayıb. Ermənistanın, onun havadarlarının, erməni lobbisinin və qondarma separatçı rejimin ölkəmizə qarşı apardığı bütün təxribatlar iflasa məhkumdur. Azərbaycan ərazilərində yalnız öz qanunlarımız işləyir və hər zaman da belə olacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2297   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır

Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün

4 oktyabr
.

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı

4 oktyabr
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

4 oktyabr
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

3 oktyabr
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

4 oktyabr
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

4 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

4 oktyabr
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

4 oktyabr