Əmlakınızı daha asan yolla qeydiyyatdan keçirin

Əmlakınızı daha asan yolla qeydiyyatdan keçirin"Evi sənədləşdirmək üçün uzun bir proses tələb olunur. Mən özüm iş adamıyam və bütün günümü sənədləşdirməyə həsr edə bilmərəm. Evə "kupça" almaq üçün günlərlə vaxtım gedir".

Bunu əməkdaşı ilə söhbətində paytaxt sakini Araz Məmmədov deyib. O, sənədləşmənin xeyli vaxt itkisinə gətirib çıxardığını və buna görə çətinlik çəkdiyini deyib:

"Sənədləşmə üçün gərək mən bütün işimi-gücüm atam və düşəm küçələrə. Çıxarış almaq üçün lazım olan sənədləri toplamaq özü bir işdir".

Artıq Arazın bu iradlarına çarə tapılır. Aidiyyatı orqanlar vaxt itkisi və uzun prosedurların qarşısını almaq üçün hərəkətə keçib.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların çətinliklərini nəzərə alaraq yeni xidmətlər istifadəyə verib. Bu yeni xidmətlər həm daşınmaz əmlakın qeydiyyatı, həm də dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və icarəsi sahələrini əhatə edir.

Komitə elektron və onlayn xidmətlərlə yanaşı, SMS xidmətləri də vətəndaşların istifadəsinə verib. Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-nü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.

Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Məlumdur ki, daşınmaz əmlakın qeydiyyatı üçün müraciət edilərkən dövlət rüsumu ödənilir və bu rüsum dəyişməzdir. Lakin müraciət üzrə xidmət haqqı isə göstərilən xidmətin həcmindən asılı olduğu üçün icra prosesində müəyyən olunur. İcranın nəticəsi olaraq sənədlərin əldə edilməsi zamanı xidmət haqqının ödənilməsi tələb edilir. Əvvəllər xidmət haqqı barədə məlumat yalnız hazır sənəd vətəndaşa təqdim olunanda məlum olurdu. Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə bu məlumat artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə olunur. Vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləğini öyrənir. Həmin xidmət haqqı müvafiq banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün burada ödəmə məntəqələri ("PayPoint") də quraşdırılıb.

Digər SMS xidmət daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq sənədin hazır olma tarixi göstərilir.

Qeyd olunduğu kimi, komitə dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidmət istifadəyə verib. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradıb.

Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə (dövlət əmlakını icarəyə götürmüş şəxslər) ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.

Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.

Xatırladaq ki, hər 3 SMS xidmət, eyni zamanda, komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsindədir.

Qeyd edək ki, hazırda komitənin fəaliyyət sahələri üzrə 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərdən 2-si bu ilin əvvəlində istifadəyə verilib. Bunlara "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı" və "İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu" aiddir. Bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir. 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. İndiyədək elektron xidmətlər vasitəsilə 179 min müraciət qəbul edilib./anspress/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 705   Tarix: 18 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı

Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd

20 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr