Ekspert: "BQXK Qarabağdakı durumu siyasiləşdirməyə çalışır"
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın Qarabağ bölgəsindəki durumu siyasiləşdirməyə çalışır".
Bunu "Report"a açıqlamasında politoloq, BDU-nun müəllimi Sultan Zahidov deyib.
O bildirib ki, bu, BQXK-nın təməl prinsiplərinə ziddir:
"Məsələ ondan ibarətdir ki, humanitar yardımı sözügedən qurumun Rusiya bürosu göstərir. Ola bilsin, bu, Qərbin xoşuna gəlmir. Çünki bundan əvvəl Rusiya Afrikaya da humanitar yardım göndərəcəyini demişdi. Beləliklə, Moskva həm də öz maraqlarını təmin etməyə çalışır. Qərb isə buna mane olmağa çalışır.
Görünür, BQXK bəzi Qərb dövlətlərinin təsirinə məruz qalıb. Beynəlxalq münasibətlərdəki realizm nəzəriyyəsinə görə, belə təşkilatlar heç də həmişə obyektiv davranmır, dünya dövlətlərinin diktəsi ilə addım atırlar. Biz indi də bunu görürük".
Ekspertin sözlərinə, BQXK əvvəllər də Azərbaycana qarşı qərəzli olub:
"Təşkilatın Qarabağdakı ofisi dəfələrlə rəsmi Bakı ilə bağlı qeyri-obyektiv bəyanatlar verib. BQXK Qarabağda bir neçə dəfə qaçaqmalçılıqla məğlub olub. Bütün bunlar təşkilatı gözdən salır".
S.Zahidovun sözlərinə görə, indi BQXK çıxılmaz vəziyyətdə qalıb:
"Dünən ərzaqların daşınmasına razılıq verilmişdi. Bu gün isə məlum olur ki, yük maşını Bərdədə dayanıb. Görünür, bəzi mübahisəli məsələlər var.
BQXK bir tərəfdən Qarabağda humanitar böhranının yarandığını deyir, digər tərəfdənsə ərzaq yüklərinin daşınmasına mane olur. İkinci tərəfdən, humanitar böhran iddiasina rəğmən, Qızıl Aypara Cəmiyyətinin yükləri də Xankəndiyə buraxılmır. Bu, göstərir ki, bəzi güclər məsələni siyasiləşdirməyə çalışır.
Hazırda danışıqlar gedir. BQXK-nın humanitar yüklərinin Xankəndiyə çatdırılması ehtimalı böyükdür. Əks halda bu, qurumun nüfuzuna zərbə olacaq. İndiki halda BQXK Qərbin təzyiqlərinə boyun əyməməli, əksinə, sinə gərməlidir".
Qeyd edək ki, Bərdədə eyniadlı otelin yanında Rusiya Qızıl Xaçının ərzaq maşını dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndiyə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir. Ermənistan və BQXK ərzaqların daşınmasına mane olmağa çalışır. Bu isə BQXK-nın sözlərinin səmimiliyini ciddi şübhə altına qoyur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb