"Fransa erməni lobbisinin əlində alətə çevrilib" - Cavid Osmanov

"Fransa erməni lobbisinin əlində alətə çevrilib" - Cavid Osmanov"Fransa Azərbaycana qarşı qarayaxma kompaniyası aparmaqla Ermənistana dəstəyini açıq şəkildə davam etdirməkdədir".

Bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Fransanın bugünki hakimiyyəti erməni lobbisi əlində alətə çevrilib:

"Birincisi, onu qeyd etmək lazımdır ki, Fransa Vətən müharibəsindən əvvəl də Ermənistana dəstəyini nümayiş etdirirdi və çalışırdı ki, elə o zaman danışıqlar prosesini uzatmaqla heç bir nəticə əldə olunmasın və beləliklə Ermənistan Azərbaycan torpaqlarını işğal altında daimi saxlasın. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri 44 günə torpaqlarımızı azad etdi və öz tarixinin ən parlaq qələbəsini qazandı. Həmin zaman da Fransa açıq şəkildə Azərbaycana qarşı qərəzli siyasət yürüdürdü. Bir neçə dəfə Azərbaycana qarşı qərəzli qətnamə hazırlamağa cəhd göstərdi. Amma bütün bunlar Azərbaycanın siyasi iradəsini sındıra bilmədi. Tam əksinə, Azərbaycan öz qətiyyətli mövqeyini davam etdirdi və Ermənistan silahlı qüvvələrini darmadağın etdi. O cümlədən, Ermənistanın havadarlarına da ciddi mesaj oldu. 44 günlük Vətən müharibəsindən sonra Fransa Senatının Azərbaycana qarşı qərəzli qətnaməni qəbul etməsi, daha sonra Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması istiqamətində danışıqlar prosesinə maneələr törətməsi və son dövrlər Fransa Senat üzvlərinin, Xarici İşlər Naziriliyi əməkdaşlarının Ermənistana səfər etməsi və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi, Azərbaycana qarşı informasiya müharibəsində yaxından iştirak etməsi onu göstərir ki, Fransanın bugünki hakimiyyəti erməni lobbisi əlində alətə çevrilib. Son zamanlar Azərbaycanın qətiyyətli siyasətinin nəticəsi olaraq Laçında nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra onlar növbəti təxribatlara əl atırdılar. Guya Xankəndi və ətraf rayonlarda erməni əsilli sakinlər blokada şəraitində qalıblar, orada humanitar böhran var. Bütün bunlar Fransanın qərəzindən xəbər verirdi. Eyni zamanda növbəti təxribat törədərək Laçın buraxılış məntəqəsi vasitəsilə Ermənistandan Xankəndiyə humanitar yardım tırlarının keçirilməsinə çalışdılar, amma bütün bunların qarşısı alındı. Dünən də gördük ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü növbəti dəfə Xankəndi ətrafında şou yaratmış və Azərbaycan silahlı qüvvələrinin cəmləşdiyini qeyd etdi. Guya ki, Azərbaycan hücuma hazırlaşır. Əksinə, Ermənistan hücuma hazırlaşır və təxribatlara davam edir. Bütün bunlar göstərir ki, Fransa erməni lobbisinin əlində alətə çevrilib. O, Cənubi Qafqazda mövcudluğunu həyata keçirmək niyyətindədir. Fransa anlamalıdır ki,Azərbaycanla hər hansı təzyiq dilində danışmaq mümkün deyil . Bu gün Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə çox güclü ölkəyə çevrilib, dünyada ən tanınıb-seçilən,nüfuzlu, hörmətli ölkəyə çevrilib. Azərbaycan bütün addımlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun atır və müstəqil siyasət yürüdür. Hər hansı ölkə, qüvvə Azərbaycana diqtə etmək niyyətinə düşsə, onun cavabı layiqincə veriləcək. Azərbaycan haqlı yolunu davam etdirəcək. Heç bir qüvvə, o cümlədən, Fransa Azərbaycanı öz qətiyyətli yolundan çəkindirə bilməz. Azərbaycan ərazisində ancaq Azərbaycan qanunları işləyəcək . Azərbaycan dövləti tərəfindən bundan sonra da müstəqil siyasət yürüdüləcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1216   Tarix: 13 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr