"Uşaqlarda təhsil mühiti anlayışının yaranması üçün hər hansı kursun olması tövsiyə olunandır, amma məcburiyyət deyil"-Psixoloq

"Uşaqlarda təhsil mühiti anlayışının yaranması üçün hər hansı kursun olması tövsiyə olunandır, amma məcburiyyət deyil"-PsixoloqBu gün 15 sentyabr Bilik günüdür. Birinci siniflər məktəbə qədəm qoydular. Lakin bəzi uşaqlar məktəbə adaptasiya olmaqda çətinlik çəkirlər. Uşaqların məktəbə daha tez adaptasiya olması üçün hansı mərhələlərdən keçməlidirlər?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Əfsanə Rüstəmova bildirib ki,burada əsas məsələ məktəbin və müəllimin üzərinə düşür:

"Məktəb yaş dönəmi uşaqların özünü tanımağa başladıqdan sonra olduğu üçün uşaqları formalaşdırmaqda müəllimlər çətinlik çəkirlər. Bu o deməkdir ki , 6, hətta 7 yaşlı uşaqlar öz məni, öz şəxsiyyətini formalaşdırıb məktəbə qədəm qoyurlar. Fərqli ailələrdən gələn uşaqları müəllimlər nizamlaya, özlərinə tabe edə bilmirlər. Öncəliklə onu qeyd edim ki, təhsil nazirinin də qeyd etdiyi kimi təhsil dönəminin daha erkən yaşa, yəni 5 yaşda, müəllimlərin uşaqlara müdaxilə edə biləcəyi yaşda başlamağı çox məqsədə uyğundur. İkinci və daha böyük problem bundan ibarətdir ki, nə məktəbəqədər, nə məktəb mühiti bir qurumun nəzarətindədir. Yəni onların işi ölçüləbilən deyil. Bağçada qapalı qapılar arxasında uşaqlara nə və necə öyrədilir, necə rəftar edilir ki, onlar məktəbə gələndə bu cür problemlərlə üzləşirlər. Digər tərəfdən valideynlərin uşaqlara məktəb haqqında düzgün məlumat verməməsi, valideynin özünün məktəbdə davranış haqqında tam informasiyası olmaması problem yaradır".

Psixoloq vurğulayıb ki, müəllim valideyni təhsilin işitirakçısı kimi yox, təhsildə öyrənən kimi nəzərdə tutub ailəni istiqamətləndirməlidir:
"Uşaqlarda təhsil mühiti anlayışının yaranması üçün hər hansı kursun olması tövsiyə olunandır, amma məcburiyyət deyil. Bu, məktəbə adaptasiyadan daha çox uşağın 45 dəqiqə tabe olub oturma məsələsidir. Bunu kurs 15-20 dəqiqə və ya yarım saat olaraq formalaşdırır deyə məktəbdə uşağın gözünə 45 dəqiqə çox görünmür. Amma təhsil mühiti,kurs görməyən uşaqlar üçün ilk dəfədən bu qədər uzun müddətli oturmaq böyük probllem yaradır. Bir nüansı da qeyd edim ki, biz məktəbli uşaqlarla ağlı kəsməyən çağa kimi davranırıq. Onların öz şəxsi mövqeyinin, xarakterinin olduğunu nəzərə almırıq və bu baxımdan onlara individual yanaşa bilmirik. Müəllim sürü psixologiyası ilə birini idarə edə bilirsə, hamısının bu cür olmasını istəyir. Burada mən məsələyə daha böyük aspektdən baxanda valideynləri günahlandıra bilmirəm, çünki ailələr fərqli təcrübə, mentallıq, təhsil durumlarından formalaşırlar. Onlardan ortaq davranış gözləmək qeyri-realdır. Ona görə burada əsas məsələ məktəbin və müəllimin üzərinə düşür. Çünki təhsilli olan, bu işin peşəkarı müəllimdir. Belə olduğu halda müəllim valideyni təhsilin işitirakçısı kimi yox, təhsildə öyrənən kimi nəzərdə tutub ailəni istiqamətləndirməlidir. Texnologiyadan çox istifadə edən uşaqları dərs sistemi ilə həyəcanlandırmaq, uşağı ram etmək çətin məsələdir, hətta qeyri-mümkündür. Çünki sadəcə ətrafımdakı təcrübədən danışmıram, profesional olaraq 10 ildən artıqdır bu işi yerinə yetirirəm və müəyyən kateqoriyadan insanlarla işləyirəm. Onların maddi və təhsil səviyyələri fərqlidir. Mən görürəm ki, hər birində oxşar və fərqli problemlər var. Məsələ ailədən yox, təhsil səviyyəsindən müəllimlərin, məktəbin təhsilə yanaşmasındakı problemdən qaynaqlanır. Çox istərdik ki, sinifdə daha az uşaq olsun və hər uşağa individual yanaşılsın. İstər dövlət məktəblərindəki siniflərdə uşaq sayı, istər uşaqların daha azad ruhda olması və müəllimlərin bunu birmənalı qəbul etməməsi, valideynə, uşağa basqı göstərməsi məktəbi dözülməz bir yerə çevirib. Valideynlərdən "yenə bu məktəb başladı" ifadəsini tez-tez eşidirik. Məktəb sadəcə uşaqda yox valideyndə də aqressiya və nifrət yaradıb. İnsanlar sevmədiyi yerə tabe ola bilmirlər".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1415   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr