Oğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var - YARDIM ÇAĞIRIŞI - FOTO
"Hazırda oğlumun ayağına sümüyün hissələrini bir-birinə birləşdirmək üçün nəzərdə tutulmuş metal ştift quraşdırılıb. Bərpa prosesi 6-7 ay çəkəcək, bundan sonra implant çıxarılacaq".
Bu barədə Media.Az-ın redaksiyasına Kürdəmir rayon sakini, oğlu osteoporozdan əziyyət çəkən Turan Heydərova müraciət edib.
Son beş il ərzində 15 yaşlı Knyaz sümüklərin sıxlığının azalması ilə müşahidə olunan ağır sistem xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik nəticəsində sümüklər bərkliyini itirir və hətta kiçik bir təsir və ya təzyiq nəticəsində qırıla bilərlər.
Yeniyetmə artıq 11 əməliyyat keçirib və bu, son deyil. Buna baxmayaraq, xəstəlik geri çəkilmir. Sonuncu əməliyyatdan sonra həkimlər bahalı reabilitasiya terapiyası təyin etsələr də, ailənin buna imkanı çatmır. Knyaz artıq bir aya yaxındır ki, onun üçün qiymətli olan vaxtını itirib...
15 yaşlı Knyazın anasının sözlərinə görə, qohumları və dostlarının köməyi ilə onlar 11 əməliyyat keçirməyə imkan edə biliblər.
"Kredit, borc götürdük, qiymətli əşyalarımızı satdıq... Bütün bu əməliyyatlar özəl klinikalarda aparılıb, dövlət klinikaları bu cür əməliyyatlara yaxın durmur. Hazırda oğlumun ayağına sümüyün hissələrini bir-birinə birləşdirmək üçün nəzərdə tutulmuş metal ştift quraşdırılıb. Bərpa prosesi 6-7 ay çəkəcək, bundan sonra implant çıxarılacaq. Lakin bu müddət ərzində xüsusi müalicədən keçmək lazımdır. Bir ay keçib, amma biz hələ heç nə almamışıq. Hələ damcısalan üçün istifadə olunan dərmanlardan biri 285 manatdır. Apteklər onu bizə borc verməkdən imtina edirlər. Bizim hesablamalarımıza görə, bir aylıq müalicə 1000 manata başa gələcək və altı ay belə davam edəcək. Bundan əlavə, oğlumu müalicə edən professor mütəmadi müayinələr təyin edir. Hər dəfə Bakıya getmək isə əlavə xərcdir", - deyə qadın bildirib.
O, göz yaşlarını güclə saxlayaraq oğlunun ayağındakı ağrının ona əzab verməsini, gecələr yatmadığını deyir.
"Tikişlər ayrılıb və imkanım olmadığı üçün ona kömək edə bilmədiyimə görə vicdan əzabı çəkirəm. Hər bir ana kimi mən də oğlumun məktəbə getməsini, dostları ilə vaxt keçirməsini, əsgərliyə getməsini istəyirəm. Həkimlər bizə belə bir ümid verirlər! Xahiş edirəm, Knyaza kömək edin! O qədər iş görülüb ki, yarıyolda dayanmaq insana pis gəlir. Kömək üçün müraciət etmədiyimiz tanışımız qalmayıb. Evdə qiymətli əşya da qalmayıb", - deyə Turan xanım giley edir.
Biz laqeyd olmayan hər kəsdən mərhəmət göstərərək bacardıqca kömək olmağı xahiş edirik.












Turan xanımla (+994 51) 487 20 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1248 Tarix: 15 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr