İlk dərs günlərini xatırladılar
Bu gün Azərbaycanda "Bilik günü"dür.
Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan!" verilişi sənət adamları arasında sorğu apararaq, məktəb xatirələrini soruşublar.
Xalq artisti, müğənni Gülyaz Məmmədova ilk dərs gününü "Şəki rayonu, Böyük Dəhnə kəndinin 1 nömrəli tam orta məktəbində təhsil almışam. 1977-ci ildə dayımın həyat yoldaşı Flora müəllimə bizə gəldi söylədi ki, istəyirəm Gülyaz mənim sinfimdə oxusun. Ən maraqlısı odur ki, o, bütün qohumlarını bir sinfə yığmışdı. Orada dayı, xala, bibi qızları bir sinifdə idi. Ən yaxşı günlərim o idi ki, gəlib bizim səsimizə qulaq asıb Bakıya müsabiqələrə yollayırdılar. Səsimi isə mən beşinci, Gülyanaq isə ikinci sinifdə oxuyanda kəşf etdilər" sözləri ilə xatırlayıb.
Xalq artisti Zemfira Əbdülsəmədova isə açıqlamasında "8-ci kilometr qəsəbəsində 70 nömrəli tam orta məktəbdə oxumuşam. Sonradan isə orta təhsilimi 250 nömrəli tam orta məktəbdə davam etdirdim. Məktəb illərini xatırladıqda, insanın ən birinci yadına saf, təmiz xatirələr düşür. Anamın ütülədiyi ağ köynəyi, göy ətəyi, ağ uzunboğaz corabları və eyni rəngdə ayaqqabılarını geyinib dərsə gedirdim. Məktəbli formamı hər gün anama ütülətdirirdim. O qədər məsuliyyətli idim ki... Hər zaman məktəbə hazır şəkildə getmək istəyirdim" sözlərini söyləyib.
Əməkdar artist Nicat Kazımov isə məktəb vaxtı başına gələn hadisədən söz açıb:
"Hər dəfə məktəb başlamazdan əvvəl mənə çox qəribə həyəcan gəlmişdi. Sevinirdim ki, bir yaş da böyüdüm. Məktəbi bitirmək üçün isə çox təlaşlanırdım. Gözləyirdim ki, axı nə zaman məktəbi bitirəcəyəm və ali məktəbə qəbul olacağam. Ceyranbatan ərazisində yerləşən 8 nömrəli məktəbə getmişəm. İki il orada oxumuşam. Daha sonra isə Sumqayıt Şəhər Hacı Zeynallabdin Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli tam orta məktəbdə təhsil almışam və həmin məktəbi də uğurla bitirmişəm. İlk dərs günüm 1979-cu ildə sentyabrın 1-də olub. Məktəbə getməzdən iki gün əvvəl məni tok vurmuşdu və bu səbəbdən uzun müddət yazı yaza bilmirdim. Barmağımın da bir hissəsi yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1821 Tarix: 15 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr