Prezidentin köməkçisi: "Azərbaycanda "boz zona"lara yer yoxdur"
"Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir".
Oxu.Az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hazırda sülh prosesinin hansı mərhələdə olduğunu şərh edərkən bildirib.
Onun sözlərinə görə, Laçın yolunun mövcud olmayan "blokadası" bəhanəsi ilə Azərbaycana qarşı İrəvan və dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdəki erməni diasporunun koordinasiya etdiyi genişmiqyaslı dezinformasiya kampaniyasına start verilib.
"Azərbaycanı suveren ərazimizin bir hissəsini blokadada saxlamaqda ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətindən yüklərin daşınması üçün Ağdam yolunun açılması bu cür ittihamların əsassızlığını göstərdi. Rusiya Qızıl Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə fəaliyyəti nəticəsində Ağdam yolu istifadəyə verilib. İndi biz Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin eyni vaxtda iki marşrutla - Ağdam və Laçın marşrutu ilə getməsini gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi tam şəkildə bölüşür və dəstəkləyirlər".
H.Hacıyevin sözlərinə görə, hazırda sülh prosesinə əsas maneə Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni rejimi maliyyə və hərbi-siyasi baxımdan saxlamaqda davam etməsidir. O bildirib ki, məhz Xankəndidəki qanunsuz rejim Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasına mane olur, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara təfəkkürlü irqçilik motivləri ilə əsaslandırır.
"Həmçinin, Bakının dəfələrlə belə təmaslara dəvət etməsinə baxmayaraq, qeyri-qanuni rejim Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağda yaşayan erməni etnik azlıq arasında dialoq cəhdlərinin qarşısını alır. Qarabağda yaşayan 30 min erməniəsilli vətəndaşımızı girov götürən Ermənistanın qanunsuz rejimə dəstək siyasətinə son qoyulmalıdır. Azərbaycanda "boz zona"lara yer yoxdur", - deyə Prezidentin köməkçisi vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb