Zəngəzur uğrunda döyüş anonsu: "Türkiyə müharibəyə qoşulacaq, Xankəndi isə …"

Zəngəzur uğrunda döyüş anonsu: "Türkiyə müharibəyə qoşulacaq, Xankəndi isə …"Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr getdikcə intensivləşir. Son günlər Türkiyə rəsmilərinin bu istiqamətdə verdiyi müsbət mesajlar, yaxın zamanlarda Ankaranın proseslə bağlı işə başlayacağına dair açıqlama regionda ciddi dəyişikliyin anonsu olaraq qiymətləndirilir. O cümlədən, Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan arasındakı telefon danışığı İrəvanın narahatlığına səbəb olub.

İranın Azərbaycana qarşı mövqeyində müşahidə olunan yumuşalmalar, Türkiyə XİN başçısının bu ölkəyə səfəri mütəxəssislər tərəfindən dəhliz mövzusunda proseslərin intensivləşməsi kimi dəyərləndirilir. Paralel olaraq Ermənistan Azərbaycanla şərti sərhəddə texnika toplayır, Paşinyan İrəvanın heç bir dəhliz mövzusuna razılıq verməyəcəyini bildirir. Lakin Azərbaycanın qərb rayonlarını Naxçıvan və Türkiyə ilə birləşdirən yolun açılmasını dəstəklədiyini deyir.

Bəs indiki məqamda Zəngəzur dəhlizinin açılması nə dərəcədə mümkün görünür? Dəhliz uğrunda müharibənin baş verəcəyinə dair iddialar real ola bilərmi?

Mövzunu Globalinfo.az-a dəyərləndirən siyasi analitik, professor Hüsamettin İnaç bildirib ki, sözügedən dəhlizin açılmaması üçün yeni maneələr yaradılır:

"İlk olaraq bu günün önəminə və hazırda baş verənlərə diqqət yetirməliyik. Qafqaz İslam Ordusunun Bakını bolşevik işğalından azad etdiyi gündən 105 il ötür. Belə bir gündə ABŞ və Ermənistanın birgə hərbi təlim keçirməsi təsadüfi deyil. Bir müddət öncə Qarabağdakı qondarma rejimin keçirdiyi saxta seçkilər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınmadı. Avropa İttifaqı, ABŞ, Rusiya, İran və digər ölkələr "Qarabağ Azərbaycandır" dedi. Lakin bunu deyən tərəflərin heç biri Zəngəzur dəhlizi məsələsində konkret mövqe ortaya qoymurlar. Nikol Paşinyan da fərqli məzmunlu açıqlamalar verir.

Dəhlizin açılmasına mane olan bir neçə amil var. Onlardan biri ötən günlərdə Hindistanda təşkil olunan G20 zirvəsidir. Bu zirvədə Hindistandan başlayıb İran üzərindən keçərək Körfəz ölkələrinə, oradan İsrailə doğru uzanan bir dəhlizin inşa edilməsi müzakirə olundu. Bu yol Zəngəzur dəhlizinə ziddir. Yəni sözügedən yolun açılması üçün Zəngəzur dəhlizi layihəsi həyata keçirilməməlidir".

H.İnaç İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəblərindən söz açıb:

"Prosesin digər tərəfində isə məlum İranın məsələsi dayanır. Bu ölkənin Azərbaycan və Türkiyə ilə müəyyən problemləri var. Tehran Bakı və Ankaranın hər uğuruna öz məğlubiyyəti kimi baxır. Azərbaycanın güclənməsini özü üçün ən böyük təhdid sayır, ölkə daxilindəki milyonlarla türk əsilli vətəndaşın özündən qopacağı düşüncəsindən qorxur. Bütün bunlar nəzərə alınaraq ABŞ-ın Azərbaycan-Türkiyə ikilisi ilə İran arasında qarşıdurma yaratmağa çalışdığını görürük. Həmçinin Vaşinqton Rusiyanı Ukraynada olduğu kimi, Cənubi Qafqazda da küncə sıxmaq istəyir. Xüsusilə İrəvanla Moskva arasında problemin yaranması Ermənistandakı rus bazasının ölkədən çıxarılması ilə nəticələnəcək. Beləliklə Rusiyanın bölgədəki gücü daha da zəifləyəcək".

Professor bildirib ki, Nikol Paşinyanın mövcud vəziyyət üçün fərqli planı var:

"Ermənistanın Baş naziri elə bir müharibənin baş verməsini istəyir. Çünki belə olan halda, ABŞ-ın İrəvana ciddi dəstək verəcəyini düşünür. Təlimlər çərçivəsində İrəvana 85-100 arası amerikalı əsgərin gəlməsinə baxmayaraq, Ermənistana çox ciddi hava hücumundan müdafiə vasitələri, yeni növ silahlar, texnikalar verildi. Ermənilər bu dəfə müharibə olarsa, ABŞ-ın onlara dəstək verəcəyini, Rusiyanın isə əskinə, onlara xəyanət etdiyini düşünürlər. Çünki 44 günlük müharibə zamanı Moskva İrəvanın gözləntilərinin əksinə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) hərəkətə keçirməmişdi. Buna səbəb kimi müharibənin Ermənistanın ərazi bütövlüyünü təhdid etmədiyi, Azərbaycanın öz torpaqlarında döyüşlər aparıldığı olaraq vurğulanmışdı.

Nikol Paşinyan da son açıqlamalarında Ukraynada müharibə başladıqdan sonra Rusiyanın strategiyasının dəyişdiyini və daha Ermənistanı qoruya biləcək vəziyyətdə olmadığını dedi. Bu səbəblə KTMT-də qalmaq istəmədiklərini və ABŞ-a yönəlmənin onlar üçün daha doğru seçim olduğunu bildirdi. Paşinyan paralel olaraq Rusiyanı qəzəbləndirə biləcək bir çox addımlar atdı".

H.İnaç dəhlizin açılması üçün hərbi toqquşmanın qaçılmaz olduğunu deyib:

"Qərb, xüsusilə amerikan-ingilis ittifaqı bölgədə son baş verənləri bir fürsət olaraq görür və burada öz mövcudluğunu təmin etməyə çalışır. Bunun üçün isə Zəngəzur dəhlizinin açılmaması və regiondakı gərginliyin azalmamasını istəyir. Hazırda həm Ermənistan, həm də Azərbaycanın şərti sərhəddə möhkəmlənməyə çalışdığı bir zamanda, prosesin Zəngəzur uğrunda döyüşlə nəticələnmə ehtimalı var. İndiki məqamda diplomatiya işə yaramır. Əvvəl tərəflər arasında yaşanan toqquşmalarda əldə edilən atəşkəsin məqsədi, dövlət sərhədlərinin müəyyən edilməsi və danışıqlar vasitəsilə Zəngəzur dəhlizinin açılması idi. Lakin regionda marağı olan ABŞ və Rusiya kimi güclərin müdaxiləsi bunun qarşısını aldı".

Professor bundan sonrakı mərhələdə Rusiyanın Azərbaycana münasibətinin dəyişəcəyini qeyd edib:

"Çünki hazırda Kremlin İrəvana qəzəbi çox ciddi və böyükdür. Bu səbəblə görünür ki, Moskva artıq birmənalı şəkildə Bakını dətəkləyəcək. Beləliklə Zəngəzur dəhlizinin açılması istiqamətində vacib addımların atıldığını görə bilərik. Çox təəssüf ki, bunun hərbi gərginlik olmadan həyata keçirilməsi mümkün görünmür. Dəhlizin açılmasına qarşı çıxan ölkələr bilir ki, bu vasitə ilə Türkiyə və Azərbaycanın bütün Türk dünyası ilə əlaqələri daha da möhkəmlənəcək. Beləliklə Qərbin və digər imperialist güclərin istəmədiyi Türk birliyi reallaşacaq. Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan arasındakı telefon danışığı da gözlənilən toqquşmadan öncəki son addım idi. Ərdoğan əslində Paşinyana nə ilə üzləşəcəyini tam olaraq izah etdi. Ermənistan Azərbaycana hücuma keçəcəyi və Bakının Ankaraya müraciət edəcəyi təqdirdə, Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə də bu toqquşmaya qoşulacaq. Yaxın zamanda ümumiyyətlə Xankəndidə separatçı rejim anlayışı da qalmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 8430   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel 2024
.

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini

14 aprel 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel 2024
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel 2024