"ABŞ-ın "ədalət" anlayışında anlaşılmazlıqlar var" - DEPUTAT

"ABŞ-ın "ədalət" anlayışında anlaşılmazlıqlar var" - DEPUTATSon günlər dövlətimizə qarşı aqressiv yanaşmalar artmaqda, özünü açıq şəkildə büruzə verməkdədir. Belə dövlətlərdən biri də məhz elə Amerika Birləşmiş Ştatlarıdır ki, yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür.

"Dövlətimizin son bir neçə ildə əldə etdiyi uğurlarının arxasında gərgin iş, ağıllı siyasi gedişlər, güclü ordu formalaşdırmaq və sair dayanmaqdadır ki, bu da özünü 44 günlük Şanlı Vətən müharibəsi zamanı isbat etdi. Hər zaman dövlətimizə ikili standartlarla yanaşan dövlətlər və təşkilatlar qələbəmiz qarşısında aciz qalmaqla yanaşı, eyni zamanda bu qələbəni həzm edə bilmir, eynən bu "siyasət"lərini davam etdirmək "əzmindədirlər".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, özünü dünyanın jandarması hesab edən ABŞ Azərbaycanın torpaqları düşmən tapdağında qaldığı 30 ilə yaxın bir müddətdə nəinki səsini çıxarmamış, hətta müəyyən vaxtlarda dövlətimizi əsassız ittihamlarla günahlandırmışdır.

"30-il ərzində ancaq işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atmış, bizimlə eyni aqibəti yaşamış digər dövlətlərə qarşı münasibəti bizə qarşı olan münasibətdən tam fərqli olmuş, onlardan fərqli olaraq bizə qarşı aqressiv davranan bir ABŞ var ki, məhz elə həmin ABŞ Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək vermişdir.
Özünü "ədalət mələyi" kimi təqdim etməyə çalışan ABŞ bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsini vaxtında Azərbaycana versəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.
Həmçinin həmsədri olduğu ATƏT Minsk Qrupunun "aktiv" dönəmində də, heç bir iş görmədi, onunla eyni mövqeyi paylaşan digər həmsədrlərlə turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu təşkilatın həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək "Qarabağa yardım" adı altında vəsait topladılar. Qarabağdakı cinayətkar rejimin ABŞ-da ofisinin yaradılması, rejimin nümayəndələrinin Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirmələri bütün qaranlıq məsələlərə çıraq tutur. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
Bütün dünyaya öz iradəsini diqtə etmək üçün ABŞ hegemon dövlət kimi beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdı və İslamı "sivil dünyanın" əsas düşməni elan etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmədi, həm də müsəlman ölkələrini hədəfə götürdü. "Ərəb baharı" ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi.
Guya ki, İraqın "nüvə silahına" malik olduğu görüntüsü yaradaraq bu ölkəyə təcavüz etdilər, nəticədə bir milyon iraqlı öldü, şəhər və kəndlər dağıdıldı, ölkənin milli sərvətləri nəzarətə götürüldü və hazırda da talan edilməkdədir. Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada başlanmış vətəndaş qarşıdurması hələ də səngimək bilmir. Yaxın Şərqdə milyonlarla insanın qətli, iqtisadi infrastrukturun dağıdılması, şəhər və kəndlərin xarabazara çevrilməsi və bu problemin hələ uzun illər davam edəcəyi reallığı ABŞ-ın Şərqə gətirdiyi "demokratiyanın" nəticəsidir. İndiyədək müsəlmanların işgəncələri və öldürülməsi ilə tanınan biabırçı Əbu-Qreyb, Quantanamo qalmaqallarına görə məsuliyyət daşıyan ABŞ bu gün özünü "insan haqlarının havadarı" kimi təqdim edir.
Hazırda keçmişdə olduğu kimi dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib.
Uzun illər Azərbaycan da ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Əsas məqsəd o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı. ABŞ Azərbaycanı "suriyalaşdırmağa" cəhdlər edib, ölkənin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə "rəngli inqlilablar" planı hazırlanıb. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBT, əxlaqsızlığı təbliğ edən "feministlər", Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan "NO WAR"çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və anti-türk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.
Hazırda bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış etməkdədir. Fransanın belə açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Bu cür davam etsə, eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1109   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr