Saleh Məmmədovun himayə etdiyi bildirilən şirkət iş başında: Bu dəfə 600 min uddu

Saleh Məmmədovun himayə etdiyi bildirilən şirkət iş başında: Bu dəfə 600 min udduGöyçay Rayon İcra Hakimiyyəti Göyçay şəhərində küçələrin, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, "ATF" MMC tenderin qalibi elan edilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 670 659,84 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF" MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

"ATF" MMC "tender kralı" kimi tanınır. Şirkət əsasən yolların təmiri ilə bağlı elan edilmiş satınalma müsabiqələrinin qalibi olur.

Mediada gedən məlumatlara görə, "ATF" MMC 2010-cu ildə 3,4 milyon, 2011-ci ildə 5,23 milyon, 2012-ci ildə 12,22 milyon, 2013-cü ildə 17,72 milyon, 2014-cü ildə 9,13 milyon, 2015-ci ildə 13,5 milyon, 2016-cı ildə 2,43 milyon, 2017-ci ildə 3,75 milyon, 2018-ci ildə 3,15 milyon, 2020-ci ildə 4 milyon manat dəyərində satınalma müsabiqəsinin "qalibi" olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 75 milyon manat təşkil edir.

"ATF" MMC 2010-cu ildən 2020-ci ilə qədər yerli icra qurumlarının elan etdiyi 65 tenderin "qalib"i olub. Tenderlərin çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib. Tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu müqavilələrin ümumi dəyəri 32 milyon manatdır.

"ATF" MMC-nin qanuni təmsilçisi Təbriz Muradov həm də şirkətin sahibidir. MMC-nin daha iki sahibi var: Azad Muradov və Fəxrəddin Muradov.

Şirkətin adı qardaşların adının baş hərflərindən götürülüb. ATF - yəni Azad, Təbriz, Fəxrəddin.

Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, "ATF" şirkəti dövlətə 361 000 manat ziyan vurub.

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa çıxıb.

"ATF" MMC-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun himayədarlıq etdiyi bildirilir. Hətta bəzi iddialara görə, Saleh Məmmədov 17 saylı yol istismar idarəsinə Azad Muradovun oğlu Tehran Muradovu rəis təyin edib. Bu barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, Oğuz-Şəki yolunun yenidən qurulmasında "ATF" MMC-yə məxsus texnikanın cəlb edilməsi iddianın əsassız olmadığına şübhələri artırır. Məlumat üçün deyək ki, Oğuz-Şəki yolunun yenidən qurulması işlərini həyata keçirənlərdən biri də 17 saylı yol istismar idarəsi olub.

"ATF" MMC-nin sahibləri həm də "Göyçay Petrol-A" MMC-nin benefisiarıdır. Bu ilin fevralında Fövqəladə Hallar Nazirliyi (FHN) MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin (YDM) fəaliyyətini dayandırıb.

FHN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, məntəqədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

FHN obyektin bu şəkildə istismarını yolverilməz hesab edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2294   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr