"Qarabağdan köçməkdə olan ermənilər heç bir təzyiqlə üzləşmədiklərini bildiriblər"-ŞƏRH
"Ötən gün Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşdə ermənilər Azərbaycan dövlətinə humanist davranışlara görə təşəkkür edib. Qarabağdan köçməkdə olan ermənilər isə bir nəfər kimi heç bir təzyiqlə üzləşmədiklərini və Azərbaycanı könüllü tərk etdiklərini bəyan edirlər".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı isə rəsmən məlumat yayıb ki, Qarabağı tərk edən ermənilərin pis rəftara məruz qalması ilə bağlı heç bir məlumat yoxdur.
"Azərbaycan tərəfinin razılığı ilə BMT missiyası həftəsonu Qarabağa gələrək sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirəcək.
Oktyabrın 2-də isə Azərbaycan Hökumətinin aidiyyəti İşçi qrupunun üzvlərinin Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.
Bir sözlə, proseslər şəffaf və aydın formada, Azərbaycanın beynəlxalq hüquqa hörməti, ümumbəşəri dəyərlərə sədaqəti çərçivəsində inkişaf edir.
Bütün bunların fonunda Almaniya xarici işlər naziri Annalena Berbok yenidən Azərbaycanın daxili işlərinə öz burnunu soxmağa başlayıb. Nazir iddia edib ki, "Dağlıq Qarabağ"da real vəziyyət barədə beynəlxalq ictimaiyyətin müstəqil baxışına heç vaxt olmadığı qədər ehtiyac var. "Dağlıq Qarabağ"da insanlar görməlidirlər ki, tək deyillər".
BMT Təhlükəsizlik Şurasının məlum iclasındakı fiaskodan sonra alman nazirin yenidən bu qədər siyasi həyasızlıq nümunəsi ortaya qoyması ilk növbədə göstərir ki, müasir Almaniya mahiyyətcə 80 il öncəki faşist iqtidarından fərqlənmir və vaxtilə Hitlerin kəsdiyi "Bakı tortu"nu hələ də "yeməkdə" israrlıdır. Əslində Almaniya üçün erməni amili önəmli deyil, önəmli olan Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycana münasibətdə rıçaqlar əldə etməkdir.
Əlində 600 min azərbaycanlının qanı hələ qurumamış neofaşist Almaniyası yaxın 3 illik dövrü təhlil edib anlamalıdır ki, hər hansı beynəlxalq subyekt bu regionda maraqlarını yalnız bərabərhüquqlu əməkdaşlıq formatında təmin edə bilər. O cümlədən də Almaniya. Hitler ruhlu Berbok da anlamalıdır ki, "Azərbaycandan müdafiə etmək" adı altında əslində erməniləri böyük fəlakətlərə sürüklədir. Bu gün Ermənistan Azərbaycandan yox, Almaniya, Fransa kimi subyektlərdən müdafiə olunmalıdır. Ötən gün Prezident İlham Əliyevin də Zəngilandan bəyan etdiyi kimi, "Bizim ermənilərə qarşı başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Bunu Ermənistan hakimiyyəti də, onun arxasında duran himayədarları da bilsin və Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1420 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabr